Bu gün Bakı Mertopolitenində texniki nasazlıq baş verib. Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, metronun “Həzi Aslanov” – “Azadlıq prospekti” istiqamətində hərəkət edən qatar “Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarının arasında tuneldə qalıb. Təxminən 20 dəqiqəlik yubanmadan sonra hərəkət edən qatar sərnişinləri mənzil başına çatdırdıqdan sonra depoya aparılıb.
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov isə ANS TV-yə bildirib ki, gecikməyə səbəb avtomatik tənzimləmə sisteminə keçid zamanı qatarlardan birində nasazlığın yaranması olub.
Xoşbəxtlikdən hadisə zamanı sərnişinlərdən zərərçəkən olmayıb.
Xaliq Bahadır: "Bu birliklə bağlı fikrimi səsləndirəndən sonra mənə qarşı kampaniya başlayıb. Yüz yerdən üstümə tökülürlər, mənə damğa vururlar. Bizdə demokratik prinsiplər bu cürdür. Alternativ düşüncədən çıxış etmək olmaz. Fürerlər belə deyirlərsə, belə də olmalıdır"