Qondarma erməni soyqırımı qanununun qəbulu, Ankaranı çox qəzəbləndirib. Türkiyənin intiqam planları gündəmdədir
06-03-2010
Qondarma erməni soyqırımını qəbul edən ABŞ-dan intiqam almaq üçün Türkiyənin siyasi, strateji, hərbi və iqtisadi cavabı artıq hazırdır. FaktXəbərin verdiyi məlumata görə, intiqam zərbəsi aşağıdakı şəkildə olacaq.
SİYASİ İNTİQAM: Vaşinqton səfiri Namiq Dan ilk reyslə Türkiyəyə qayıdıb. Dövlət naziri Zəfər Çağlayanın 19 martda ABŞ-a edəcəyi səfərin ikinci dəfə təxirə salınması gündəmdədir. Baş nazir Ərdoğanın 11-14 apreldəki Nüvə Təhlükəsizliyi Zirvəsinə qatılması da sual altındadır.
İQTİSADİ İNTİQAM: İki ölkə arasında iqtisadiyyat nazirlərinin davam edən danışıqlarının təqvimi nəzərdən keçiriləcək. Türkiyənin ABŞ-dan idxalında mühüm yer tutan hava nəqliyyatı vasitələri ilə təyyarə hissələri, maşın və təchizat, kimyəvi məhsullar, silah və sursat, dəmir-polad, siqaret və tütün, pambıq və gübrə kimi vasitələr üçün alternativlər axtarılacaq. Qanun əsnasında Türkiyə lehinə səslərə təsiri olan ABŞ-lı iş adamları ilə də əməkdaşlıq davam edəcək.
STRATEJİ İNTİQAM: Başda enerji məsələləri olmaqla Rusiya ilə yaxınlaşma siyasətləri davam edəcək. Bu məqsədlə xarici işlər müşaviri Feridun Sinirlioğlu və köməkçisi Ünal Çeviköz Moskvaya gedib. Rusiya ilə enerji sahəsində yeni əməkdaşlıq imkanlarına qapını açan Ankara, Moskvanın Yerevan üzərində də təsirini artırmasını istəyəcək.
HƏRBİ İNTİQAM: Hərbi əməkdaşlığın müzakirəsi, Konqresə görə son mərhələdə müzakirə ediləcək. Əfqanıstan məsələsində ABŞ-a dəstəyin kəsilməsi gözlənilmir. Ancaq nüvə stansiyası tenderi başda olmaqla, müdafiə tenderləri nəzərdən keçiriləcək. Hava sahəsindən istifadə, NATO çərçivəsində Türkiyə bazalarındakı fəaliyyətlərin məhdudlaşdırılması, Habur sərhədindən İraqdakı Amerika birliklərinə yanacaq göndərilməsinin dayandırılması müzakirə ediləcək mövzular sırasındadır.
Xaliq Bahadır: "Bu birliklə bağlı fikrimi səsləndirəndən sonra mənə qarşı kampaniya başlayıb. Yüz yerdən üstümə tökülürlər, mənə damğa vururlar. Bizdə demokratik prinsiplər bu cürdür. Alternativ düşüncədən çıxış etmək olmaz. Fürerlər belə deyirlərsə, belə də olmalıdır"