"Başda ABŞ olmaqla Qərb ölkələrinin müsəlmanlara etdikləri ədalətsizlik və haqsızlıq bu dəfə də Türkiyə simasında özünü göstərdi"
06-03-2010
Azərbaycan İslam Partiyası (AİP) ABŞ Nümayəndələr Palatasının alt komitəsində qondarma erməni soyqırımının qəbul edilməsi ilə bağlı bəyanat verib. AİP mətbuat xidmətindən FaktXəbərə daxil olan bəyanatda deyilir: “
ABŞ Nümayəndələr Palatasının alt komitəsində qondarma erməni soyqırımının qəbul edilməsi Qərb dünyasının müqəddəs İslam dininə və dünya müsəlmanlarına qarşı yürütdüyü çirkin siyasətin təzahürüdür. Zaman-zaman başda ABŞ olmaqla, Qərb ölkələrinin müsəlmanlara etdikləri ədalətsizlik və haqsızlıq bu dəfə də Türkiyə qarşı atılmış qərəzli addımda özünü göstərdi.
Əslində tarixçilərin və tədqiqatçıların araşdırmaları nəticəsində qiymətləndiriləcək bir məsələni, bir qrup siyasətçinin ixtiyarına qoymaq, qərəz və haqsızlıqdan başqa bir şey deyil. Xəstə təxəyyülün məhsulu olan qondarma soyqırım iddialarını şişirtmək, regionda inkişaf etmiş və zəngin tarixə malik olan Türkiyəyə qarşı ən böyük ədalətsizlikdir.
Qeyd edək ki, son hadisə, rəsmi ABŞ tərəfindən müsəlman dünyası ölkələri əleyhinə atdığı ilk addım deyil. Belə ki, ötən il BMT-də Ermənistanın işğalçı kimi tanınması məsələsi gündəliyə çıxarıldıqda, ABŞ qərarı dəstəkləmədi. Bundan əlavə, ABŞ yeganə ölkədir ki, qondarma respublikaları tanıyır və qondarma Qarabağ Respublikasının nümayəndəliyi də məhz bu ölkədə yerləşir, ona maliyyə dəstəyi göstərilir. Buna əlavə olaraq, indi də qondarma soyqırımın tanınması bir daha onu göstərdi ki, işğalçı dövlət olan ABŞ, öz işğalçılıq missiyalarına dəstək üçün daim Ermənistan kimi işğalçıları himayə edir.
AİP hesab edir ki, Amerikanın bu hərəkəti müsəlmanlara və İslam dünyasına qarşı təhqirlə yanaşı, həm də ədalətsiz mövqedir. ABŞ bu mövqeyi ilə regionda və xüsusən Cənubi Qafqazda nisbətən normallaşan prosesləri yenə qarışdırmaq istəyir. Bu mənada uzun illər davam edən Dağlıq Qarabağ münaqişəsini öz maraqları çərçivəsində naməlum istiqamətə yönəltmək niyyətindədir.
Biz, AİP olaraq, Amerikanı ədalətsiz mövqeyindən çəkinməyi tələb edirik.”
Xaliq Bahadır: "Bu birliklə bağlı fikrimi səsləndirəndən sonra mənə qarşı kampaniya başlayıb. Yüz yerdən üstümə tökülürlər, mənə damğa vururlar. Bizdə demokratik prinsiplər bu cürdür. Alternativ düşüncədən çıxış etmək olmaz. Fürerlər belə deyirlərsə, belə də olmalıdır"