“Harada olurlarsa olsunlar, bütün ermənilərə və Ermənistana səslənirəm: gəlin, üz-üzə oturub hər şeyi müzakirə edək. Tarix yazmağı üçüncü ölkələrə həvalə etməyək. Amerikada qəbul edilən qərar bu yolun nə qədər yanlış olduğunu göstərdi. Bir səs “hə” deyil, “yox” ola bilərdi. Tarixə bu qədər qeyri-ciddi münasibət ola bilərmi?” APA-nın “Habertürk” və “Hürriyet”ə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ankarada keçirdiyi mətbuat konfransında deyib. Ə. Davudoğlu ermənilərə çağırışında tarixçilərdən ibarət birgə komissiyanın yaradılması barədə Türkiyənin daha əvvəl irəli sürdüyü təklifi təkrarlayıb: “Parlamentlər vasitəsilə tarixi hökm vermək yerinə, gəlin üz-üzə danışaq, arxivlərimizi açaq. Bunun əvəzinə parlamentlər vasitəsilə Türkiyəyə təzyiq etməyə çalışmaq Türkiyəni tanımadığınızı göstərəcək. Türkiyə heç vaxt təzyiqlərə boyun əyməz”.
Xaliq Bahadır: "Bu birliklə bağlı fikrimi səsləndirəndən sonra mənə qarşı kampaniya başlayıb. Yüz yerdən üstümə tökülürlər, mənə damğa vururlar. Bizdə demokratik prinsiplər bu cürdür. Alternativ düşüncədən çıxış etmək olmaz. Fürerlər belə deyirlərsə, belə də olmalıdır"