ABŞ Konqresinin qondarma erməni soyqırımını tanıması Milli Məclisdə müzakirə olunur
05-03-2010
ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qondarma erməni soyqırımını tanıması Azərbaycan Milli Məclisinin bu dəqiqələrdə işinə başlayan iclasında da müzakirə edilir. İclası izləyən ANS TV əməkdaşının məlumatına görə, məsələ ilə bağlı çıxış edən millət vəkili Vahid Əhmədov ABŞ Konqresinin qondarma soyqırımını tanımasını pisləyərək bunun Türkiyəyə və Azərbaycana qarı təzyiq vasitəsi olduğunu deyib.
"ABŞ Azərbaycana da təzyiq edir ki, Türkiyə Ermənistan ilə sərhədləri açsın. Konqresin qondarma soyqırımını tanıması da Türkiyəyə açıq-aydın təzyiq vasitəsidir", deyə Vahid Əhmədov bildirib.
Deputat Gürcüstanla Rusiya arasında quru sərhədinin açılmasına da toxunub. "Gürcüstanla Rusiya arasında Lars keçid məntəqəsinin açılmasına indiki məqamda zərurrət yox idi. Bu, birbaşa Rusiya Ermənistan sərhədlərinin açılması deməkdir. Bu keçid məntəqəsinin açılması lazımi hərbi vasitələrin Ermənistana ötürülməsinə hesablanıb".
Daha sonra çıxış edən millət vəkili Yaqub Mahmduov da Konqresin qərarını kəskin tənqid edib. Millət vəkili bildirib ki, bu qərar ABŞ-ın Türkiyəyə və Azərbaycana qaşrı ikili standart tətbiq etdiyini göstərir.
"ABŞ Konqresi baş verməyən bir "soyqırımını gündəliyə çıxarır. Əsil soyqırım azərbaycanlılara qarşı olub, ancaq ABŞ bunu görmür", deyə Y. Mahmudov qeyd edib.
Deputat təklif edib ki, Milli Məclis Konqresin qəbul etdiyi qərarla bağlı xüsusi bəyanat hazırlamalıdır.
Çıxış edən millət vəkili Pənah Hüseyn isə bildirib ki, artıq Müsavat deputat qrupu məsələ ilə bağlı bəyanat hazırlayıb. O, təklif edib ki, Milli Məclisin tərtib edəcəyi bəyanatda həm Konqresin qərarı pislənilsin, həmçinin azərbaycanlıların bu məsələdə Türkiyə hökuməti ilə həmrəy olduğu qeyd olunsun.
Millət vəkili Qüdrət Həsnquliyev isə təklif edib ki, Konqresin qərarı ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi qarşısında məsələ qaldırılmalı və Azərbaycanın ABŞ-dakı səfiri geri çağrılmalıdır.
Q. Həsənquliyev onu da bildirib ki, Konqresin bu qərarı onu göstərir ki, ABŞ-ın indiyədək Azərbaycana səfir təyin etməməsi də təsadüfi bir məsələ deyil. ans
Daha sonra söz alan Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib ki, ABŞ Konqresinin qərarında qeyri-adi bir şey görmür.
“Dünyada hüququn gücü yox, gücün hüququ mövcuddur. Kim güclüdürsə, o da haqlıdır. Burda məqsəd məlum idi. Məqsəd bu yolla Türkiyə-Ermənistan sərhədlərinin açımasına nail olmaqdır. Burda beynəlxalq hüququ qorumalı olan şəxslər də lazımi səviyyədə işləmədilər. BMT isə özünü derjava adlanıran dövlətlər tərəfindən idarə olunur”, deyə Z. Əsgərov qeyd edib.
Məsələyə münasibət bildirən millət vəkili Zahid Oruc, Konqresin qərarının Türkiyə –Amerika münasibətərinə zərər vuracağını deyib. Millət vəkili Azərbaycanın ABŞ-dakı səfirinin geri çağırılmasının “lehinə” olduğunu da bildirib. Onun sözlərinə görə, səfir ən azı məsləhətləşmələr üçün geri çağırılmalıdır.
Sonda ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qondarma erməni soyqırımı qətnaməsinin qəbul etməsinə Miilli Məclisin spikeri Oqtay Əsədov da münasibətini bildirib. O deyib ki, Amerika kimi nəhəng bir dövlətin bir ovuc erməni tərəfindən idarə ounması çox gülüncdür.
“Bu o deməkdir ki, ermənilər həqiqətən də ABŞ-ın siyasətinə təsir edə bilirlər. Amerika digər həmsədr ölkələr kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədridir. Bu üç ölkənin üçündə də çox böyük erməni lobbisi var. Buna görə də biz ABŞ-dan Qarabağ məsələsində də obyektiv qərar gözləyə bilmərik”.
O. Əsədov onu da bildirib ki, Türkiyəyə təzyiq Azərbaycana da təzyiqdir.
“Amma hələlik tələsməyək, inanmıram ki, ABŞ bir ovuc erməninin təxribatına uyaraq qondarma erməni soyqırımını tam təsdiqləsin”, deyə O. Əsədov əlavə edib. O bildirib ki, bu məsələdə Türkiyə və Azərbaycan parlamentləri birgə mübarizə aparmalıdır.
Xaliq Bahadır: "Bu birliklə bağlı fikrimi səsləndirəndən sonra mənə qarşı kampaniya başlayıb. Yüz yerdən üstümə tökülürlər, mənə damğa vururlar. Bizdə demokratik prinsiplər bu cürdür. Alternativ düşüncədən çıxış etmək olmaz. Fürerlər belə deyirlərsə, belə də olmalıdır"