Dieqo Maradonanı İtaliyaya buraxmırlar | ABŞ əsgərlərinin əyləncəsi-Əfqanların doğranması | ABU-nun tələbələrinin köçürüləcəyi təhsil ocaqları - SİYAHI | ABŞ-DA NÖVBƏTİ EDAM | "NAXÇIVANDA KİM KİMİ SEÇİR, NECƏ SEÇİRLƏR..." | SERBİYA MƏHKƏMƏSİ MLADİÇİ ÖLMÜŞ SAYMAYIB | NAZİRLƏR "SÜLH SAZİŞİ"Nİ POZDU | ALMANİYA İSLAM PEYĞƏMBƏRİNİN TƏHQİRİNİ DƏSTƏKLƏDİ | TƏLABANİ: "PKK TƏRKSİLAH OLUNMALIDIR" | Vladiqafqazın mərkəzi bazarında partlayış törədilib: 9 ölü var |

Ramazan Əlavəsi
Bizimlə Əlaqə
Foto-Fakt
Əsas Bölmələr

Siyasət

İqtisadiyyat

Dünya

Ölkə

Müsahibə

Elm,Təhsil,Texnologiya

Top Secret

Media

Analiz

Araşdırma

Mənəviyyat

Mədəniyyət

Ailə

Vətən Oğulları

Tarix

Hadisə

Sağlamlıq

Hüquq

Hərb

Maraq dünyası

İdman

Uşaq dünyası

Karikatura

Video

Audio

Fotoqalereya

Gündəm

LƏNKƏRANDA ƏSLİNDƏ NƏ BAŞ VERİB? - VİDEO

Şəhərdə baş verən hadisələri yerli media narkotik alverçilərinin mübarizəsi və kütləvi aksiya keçirmək kimi qə

LƏNKƏRANDA DİNDARLAR VƏHŞİCƏSİNƏ DÖYÜLÜB

Lənkəran şəhərinə xüsusi təyinatlılar yeridilib, gözyaşardıcı qazdan və avtomat silahdan istifadə olunaraq 30-dan çox in

FİTR BAYRAMI. NƏ ETMƏLİ, NECƏ ETMƏLİ?

Mübarək Ramazan ayı tamam olduqdan sonra şəvval ayının birinci günü Fitr bayramıdır və Fitr günü oruc tutmaq haramdır. Burada

EDOARDO ANİELLİ KİM OLUB?

Haqqında söhbət açacağım bu əhvalatı oxuduqca sizi də mənim kimi təəccüb və həyəcan bürüyəcək. I

MÜSƏLMAN SÜMÜYÜNDƏN BƏZƏDİLMİŞ KİLSƏ

Bu kilsə Çexiyanın Sedelik şəhərində yerləşir

Sorğu

MƏHKƏMƏLƏR QƏRARI VERİR:

ƏDALƏTLƏ
PULLA
SİFARİŞLƏ

Nəticələr

Ən Çox Oxunanlar

n ABŞ əsgərlərinin əyləncəsi-Əfqanların doğranması
n GÜNÜN FOTOLARI
n 2 GÜN BAYRAM, DİNƏ XİDMƏTDİR YA ƏMƏLLƏRİN ZAY EDİLMƏSİ?
n LƏNKƏRANDA ƏSLİNDƏ NƏ BAŞ VERİB? - VİDEO
n NAZİRLƏR "SÜLH SAZİŞİ"Nİ POZDU
n ABŞ-DA NÖVBƏTİ EDAM
n ALMANİYA İSLAM PEYĞƏMBƏRİNİN TƏHQİRİNİ DƏSTƏKLƏDİ
n PREZİDENT TƏQAÜDÜ ALACAQ TƏLƏBƏLƏRİN SİYAHISI
n Taleh Heydərov seçim qarşısında qalıb?

Ən Çox Şərh Olunanlar

 AZƏRBAYCAN İSLAM PARTİYASINDAN İSTEFA TƏLƏBİ

 Nə baxırsan, maşın görməmisən?

 Yəmənli körpələrin qətliamına kim dur deyəcək!

 "BAKIDA NÖMRƏ 1"

 İNSAN HAQQLARI BİZDƏ BELƏ QORUNUR!

Foto

Maraq Dünyası
Tarixdən səslər
Texnologiya
 
 
 
AMERİKADAN TÜRK DÜNYASINA XƏYANƏT
 
 
Erməni layihəsi Konqresin xarici əlaqələr komitəsindən keçdi; Ankara Vaşinqtondakı səfirini geri çağırdı

05-03-2010

Dünən ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsi erməni “soyqırımı” haqda qətnamə layihəsini müzakirəyə çıxarıb. Erməni layihəsinin ABŞ Konqresi tərəfindən müzakirəyə çıxarılması artıq birinci dəfədir baş vermirdi və ötən illərdə olduğu kimi bu dəfə də erməni lobbisi bu məsələdən Türkiyəyə qarşı şantaj kimi istifadə etməyə çalışırdı. Ancaq bu il məsələnin daha bir özəlliyi var. Erməni layihəsi ABŞ administrasiyası tərəfindən də Türkiyəyə təzyiq elementi kimi istifadə edilir və bu yolla Ankara Ermənistanla sərhədləri açmağa məcbur edilmək istənir.

Lakin Ankara əvvəldən xəbərdar etmişdi ki, erməni layihəsini Konqresdə müzakirəyə çıxarmaqla Türkiyəni protokolları ratifikasiya etməyə məcbur etmək mümkün olmayacaq, əksinə, bu addım Ermənistan-Türkiyə yaxınlaşması prosesinə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına və Ankara-Vaşinqton münasibətlərinə sarsıdıcı zərbə vuracaq.
Dinləmələr ərəfəsində Vaşinqtondan alınan məlumatlar göstərirdi ki, Komitədə erməni layihəsini dəstəkləyənlər çoxluqdadır. Lakin Ankara son anadək Komitənin bu səhv addımdan çəkinəcəyinə ümid edirdi. Bakı vaxtı ilə saat 19-da başlayan dinləmələr ərəfəsində erməni və türk lobbi qrupları Konqres dəhlizlərində intensiv təmaslar quraraq komitə üzvlərinə təsir göstərməyə çalışıblar. Prezident Barak Obama isə son anadək öz münasibətini açıqlamırdı və Konqresi qətnamənin qəbulundan çəkindirmək üçün səy göstərmirdi. Martın 3-də Türkiyə prezidenti Abdullah Gülün Obamaya zəng etdiyi xəbər verilib. Lakin onların danışıqlarının məzmunu və ABŞ prezidentinin erməni layihəsi ilə bağlı mövqeyinin nədən ibarət olduğu açıqlanmırdı. Amerikadakı yəhudi təşkilatları da səslərini çıxarmırdı və bunun səbəbini başa düşmək çətin deyildi. Türkiyə hökuməti və baş naziri neçə vaxtdır İsraillə münasibətləri korlayıb.
Əslində xarici əlaqələr komitəsinin erməni layihəsini təsdiqləməsi ABŞ-ın “soyqırım” iddialarını tanıması mənasını vermir. Bunun üçün layihə Nümayəndələr Palatasında da təsdiqlənməli, daha sonra Konqresin yuxarı palatası olan Senatdan keçməlidir. Yalnız bundan sonra qətnamə ABŞ dövlətinin rəsmi mövqeyini ifadə edə bilər. Bu cür qətnamələrin qüvvəyə minməsi üçün prezidentin imzası tələb olunmur və Konqresin hər iki palatasının mövqeyi əsasdır. Ona görə də aydın idi ki, ABŞ və onun rəhbərliyi üzərində ciddi təsir imkanlarına malik olan erməni diasporu qətnamədən maksimum dərəcədə alver predmeti kimi istifadə edib Türkiyəni Ermənistan qarşısında geri addım atmağa məcbur etmək istəyir.
Müzakirələrə saatlar qalmış Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib ki, hər kəs Ankara-Vaşinqton münasibətlərinin nə dərəcədə əhatəli, regional sülhə və stabilliyə təsir qabiliyyətli olduğunu nəzərə almalıdır: “Bizim mövqeyimiz artıq Konqres üzvlərinə və administrasiyaya bəllidir. Vaşinqtonda olan nümayəndələrimiz mövqeyimizi açıq şəkildə ortaya qoyublar. Dünyanın hansı bölgəsinə nəzər salsanız orada Türkiyə-Amerika münasibətlərinə duyulan ehtiyacı hiss edərsiniz. Ümid edirik ki, bu ehtiyacı Konqresdə də nəzərə alacaqlar”. Davudoğluna görə Türkiyə və ABŞ Minsk Qrupunun üzvləri, Ermənistan və Azərbaycanla bir araya gələrək regiondakı problemləri dostcasına aradan qaldıra bilər. Ona görə də səyləri bu istiqamətə yönəltmək lazımdır. CNN Türk kanalı diplomatik qaynaqlara istinadən xəbər vermişdi ki, rəsmi Ankara Konqresin erməni layihəsini təsdiqləməsi durumunda ABŞ-dakı səfirin geri çağırılması da daxil olmaqla bir sıra cavab addımları atmağı nəzərdə tutur. Davudoğlu bu barədə dəqiqləşdirmə aparmayıb, ancaq təkrar edib ki, hər kəs vəziyyətin nə dərəcədə önəmli olduğunu anlamalıdır.
Komitədə müzakirələrin başlamasına cəmi bir neçə dəqiqə qalmış xəbər yayıldı ki, prezident Obama administrasiyası nəhayət məsələyə müdaxilə edib. Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Mayk Hammer bəyan edib ki, dövlət katibi Hillari Klinton komitənin demokrat sədri Hovard Bermana zəng vuraraq səsvermənin Türkiyə-Ermənistan yaxınlaşması prosesini təhlükə altına alacağı barədə xəbərdarlıq edib. Qeyd edək ki, Hillari Klinton bir neçə gün əvvəl də Komitə üzvləri qarşısında çıxışı zamanı onları layihənin qəbulundan çəkinməyə çağırmışdı.
Gözlənilirdi ki, Obama administrasiyasının müdaxiləsi son anda Komitə üzvlərinin mövqeyinə təsir edəcək. Dinləmələr saat 19.10-da başlayıb və əvvəlcə komitə rəhbəri, “erməni ştatı” kimi tanınan Kaliforniyadan olan konqresmen Berman çıxış etməyə başlayıb. Bu dəqiqələrdə Türkiyə telekanalları Vaşinqton qaynaqlarına istinadən prezident Obamanın Abdullah Gülə zəng etdiyi haqda təcili xəbər yayıblar. Telefon danışığında Obamanın Türkiyəni Ermənistanla imzalanmış protokolların ratifikasiyası üçün “çevik davranmağa” çağırdığı deyilirdi. Ancaq daha sonra Ankaradakı qaynaqlardan dəqiqləşdirilib ki, söhbət Obama ilə Gül arasında yeni deyil, bir gün əvvəl baş tutan telefon danışığından gedir. Həmin telefon söhbəti zamanı Türkiyə dövlət başçısı amerikalı həmkarını erməni layihəsinin Konqresdən keçməsi halında bunun iki ölkə münasibətlərinə vuracağı zərbə barədə xəbərdarlıq edib. Amerika prezidenti isə Türkiyənin Ermənistanla imzalanmış protokolların ratifikasiyası prosesini tezləşdirməli olduğunu bildirib.
Berman isə çıxışında deyib ki, heç bir səbəb Türkiyənin “erməni soyqırımı” həqiqətlərinə gözlərini bağlamasına haqq qazandıra bilməz. O, “soyqırım”ın 20-dən çox ölkə və Avropa Parlamenti tərəfindən tanındığını deyib, Berman əlavə edib ki, insan haqları sahəsində dünya lideri olaraq ABŞ-da bu ölkələrin sırasına qatılmaqla üzərinə düşən əxlaqi məsuliyyəti yerinə yetirməlidir. “Hər millət öz keçmişi ilə hesablaşmalıdır” deyən Berman bildirib ki, Türkiyənin “soyqırım” həqiqətlərini qəbul etməsinin vaxtı çatıb. “Bu, türk xalqı üçün çətin və acı proses olacaq, ancaq sonunda türk demokratiyasını gücləndirəcək və Türkiyə-Amerika münasibətlərini daha da möhkəmləndirəcək. Türklər bu layihənin ikili münasibətlərimiz üçün qorxunc nəticələr doğuracağını deyir, doğrudan da bəlkə bəzi nəticələr olacaq, ancaq Türkiyənin ABŞ-la münasibətlərə ən azından bizim Türkiyə ilə münasibətlərə verdiyimiz önəm qədər önəm verdiyinə inanırıq” deyə Berman bildirib. Konqresmen çıxışında yazıçı Orxan Pamukun 1915-ci il hadisələri haqda sözlərinə görə “ölkəsindən qovulduğunu” da deyib. Berman deyib ki, Türkiyənin baş naziri Ermənistanla imzalanmış protokolların Dağlıq Qarabağ münaqişəsi həll edilmədən həyata keçirilməyəcəyi haqda dəfələrlə bildirib, ona görə də bu məsələdə irəliləmək imkanları qalmayıb. Komitə sədrinə görə Türkiyənin bu şərti “soyqırım” layihəsini təsdiqləməkdən başqa yol qalmadığını göstərir. Dinləmələr zamanı prezident Obamanın layihənin qəbul edilməsinə qarşı olduğu barədə müraciəti də oxunub. Daha sonra fasilə elan edilib və erməni layihəsi üzrə səsvermə Bakı vaxtı ilə 23.15-ə təyin olunub.
Nəhayət təyin olunan vaxtda Komitə üzvləri toplaşıblar və səsvermə başlayıb. Mürəkkəb şəraitdə keçən səsvermə xeyli uzanıb, Bakı vaxtı ilə saat 00.30 radələrinə olan məlumatlara görə Komitə üzvlərindən 22-i layihənin əleyhinə, 20-i lehinə səs vermişdi. Türkiyə telekanalları xəbər verib ki, səsverməni uduzduqlarını görən erməni lobbisi layihənin altına imza atan, lakin iclasa gəlməyən , Ağ Evdə və Nümayəndələr Palatasının iclas zalında olduğu deyilən 4 konqresmeni “ovlamağa” başlayıb. Xeyli səylərdən sonra onlardan 1-ini evindən iclasa gətirmək mümkün olub. Qalanlarını da gətirə bilmək üçün səsvermədə dondurulub. Nəhayət gecə saat 1-ə 15 dəqiqə qalmış səsvermə yekunlaşıb və nəticə ermənilərin xeyrinə olub. Erməni yalanlarından ibarət layihə 23 səs lehinə, 22 səs əleyhinə olmaqla komitədən keçib. Bununla da ABŞ administrasiyası və erməni lobbisi Türkiyəni Qarabağ şərtindən əl çəkməyə məcbur etmək üçün daha bir addım irəli getmiş oldu. Son məlumata görə, Türkiyə layihənin keçməsinə etiraz olaraq ABŞ-dakı səfiri Namiq Tanı geri - məsləhətləşmələrə çağırıb.
Qeyd edək ki, Azərbaycan üçün də həyati əhəmiyyət kəsb edən bu olayı ölkəmizin televiziyaları görməzdən gəldilər. Heç bir TV bu məsələyə xüsusi önəm və diqqət ayırmadı.

F.MƏMMƏDOV/Yeni Müsavat

Bookmark and Share

 

Şərh et

Çap variantı

Rəylər

Əsas bölmədəki digər xəbərlər.

n

06/09/2010 - 13:50 AZƏRBAYCAN-TÜRKİYƏ-İRAN BİRLİYİ YARANA BİLƏR?

n

02/09/2010 - 10:46 MÜXALİFƏTDƏN MEDVEDYEVİN SƏFƏRİNƏ SƏRT REAKSİYA

n

01/09/2010 - 11:43 EVLƏRİN QİYMƏTİ BAHALAŞACAQ

n

31/08/2010 - 16:40 AZƏRBAYCAN ÜÇÜN XEYİRSİZ SƏFƏR

n

28/08/2010 - 11:44 AZƏRBAYCANA KONFEDERASİYA LAZIMDIRMI?

n

27/08/2010 - 11:00 BÖYÜK TERRORUN BÖYÜK AYIBI

n

27/08/2010 - 10:38 MÜXALİFƏT ÜÇÜN YENİ SANİYƏÖLÇƏN

n

27/08/2010 - 10:31 BRİTANİYALI JURNALİSTDƏN ŞOK AÇIQLAMA

n

26/08/2010 - 13:03 HAKİMİYYƏTDƏN MƏMURLARA ŞOK SEÇKİ SÜRPRİZİ

n

24/08/2010 - 10:28 HƏRB, YOXSA SÜLH - AZƏRBAYCANIN ÇIXIŞ YOLU NƏDİR?

n

21/08/2010 - 16:01 MÜXALİFƏTİN YENİ BİRLİYİ YARI YOLDA QALIB

n

21/08/2010 - 14:03 BAKI ƏHƏMİYYƏTSİZ SAZİŞDƏN NİYƏ NARAHATDIR?

n

21/08/2010 - 10:30 Çarın forpostu Gümri...

n

20/08/2010 - 12:54 RUSİYA-ERMƏNİSTAN SAZİŞİNİN QORXULU TƏRƏFLƏRİ

n

20/08/2010 - 10:30 Azərbaycan Qəbələ RLS-in borcunu niyə silib?

n

19/08/2010 - 12:50 RUSİYANIN QƏRBƏ QARŞI S-300 OYUNU

n

18/08/2010 - 14:00 AZƏRBAYCAN HƏRBİ ƏMƏLİYYATLARA HAZIRLAŞIR?

n

18/08/2010 - 11:11 NAXÇIVANDA TÜRKİYƏ BAZASI?

n

17/08/2010 - 17:12 YAP-da "SAATLI BOMBA" işə düşdü

n

17/08/2010 - 11:14 "Müharibə başlasa, Rusiya Ermənistanı müdafiə edəcək"

n

16/08/2010 - 13:48 ATƏT XANKƏNDİNDƏ NÜMAYƏNDƏLİK AÇA BİLƏRMİ?

n

14/08/2010 - 15:53 AMERİKA SƏFİR TƏYİNATINDA NİYƏ ÇƏTİNLİK ÇƏKİR?

n

13/08/2010 - 12:56 MEDVEDEVİN SƏFƏRİNDƏKİ TƏHLÜKƏLİ ANLAR

n

12/08/2010 - 12:31 İSRAİL İRANA 100 F-16 GÖNDƏRƏCƏK

n

11/08/2010 - 14:16 RUSİYA REGİONDA NÜFUZUNU İTİRİB?

n

11/08/2010 - 10:52 ERMƏNİSTANDAKI RUS QOŞUNLARI AZƏRBAYCANA QARŞI

n

11/08/2010 - 09:15 BİRLƏŞMİŞ MÜXALİFƏTDƏ NƏ BAŞ VERİR?

n

10/08/2010 - 16:41 HƏDƏFDƏ OLAN İCRA BAŞÇILARI...

n

10/08/2010 - 16:38 CƏNUBİ QAFQAZDA NƏLƏR BAŞ VERİR?

n

10/08/2010 - 14:10 GÜL BAKIYA NƏ İLƏ GƏLƏCƏK?

n

09/08/2010 - 11:52 ARİF RƏHİMZADƏ İQTİDARI NİYƏ TƏNQİD EDİR?

n

07/08/2010 - 11:55 Nazirlər arasında yeni savaş başlayır

n

07/08/2010 - 11:27 RUSİYA ERMƏNİSTANA YENİ SİLAHLAR VERMƏYƏ HAZIRLAŞIR

n

06/08/2010 - 15:34 RUSİYA TÜRKİYƏDƏ HƏRBİ BAZA YARADIR?

n

05/08/2010 - 15:18 PARLAMENT SEÇKİSİNDƏ KİMLƏR HƏDƏF ALINACAQ?

n

05/08/2010 - 10:35 Ermənistan payızda müharibə gözləyir

n

04/08/2010 - 15:15 AZƏRBAYCAN MDB-dən İMTİNA ETMƏLDİRMİ?

n

04/08/2010 - 10:54 İLHAM ƏLİYEVİN 7 İLLİK HAKİMİYYƏTİ...

n

04/08/2010 - 10:38 DİRİ ERMƏNİ TUTMAQ LAZIMDIR!

n

03/08/2010 - 17:45 BU SİYASƏT KİMƏ LAZIMDIR?

n

03/08/2010 - 15:45 AYDIN ƏLİYEV NİYƏ GÜDAZA GEDİR?

n

03/08/2010 - 12:35 Azərbaycan Rusiya ilə bağlı siyasətinə yenidən baxmalıdır?

n

02/08/2010 - 15:00 MOSKVANIN QARABAĞ PLANI

n

02/08/2010 - 13:23 QARABAĞ DANIŞIQLARINDA MƏMMƏDYAROV "PROBLEMİ"

n

29/07/2010 - 17:10 Azərbaycanda benzinin qiyməti artacaqmı?

n

28/07/2010 - 13:26 SEÇKİ ÖNCƏSİ NƏLƏR BAŞ VERƏ BİLƏR?

n

27/07/2010 - 11:02 SAMİR ŞƏRİFOVU FƏRHAD ƏLİYEVİN AQİBƏTİ GÖZLƏYİR

n

27/07/2010 - 10:34 İşsizlik ləğv olundu?

n

26/07/2010 - 17:50 NAMUS BÖHRANI...

n

24/07/2010 - 15:06 BİZİ GÖZLƏYƏN TƏHLÜKƏ

n

24/07/2010 - 11:59 İQTİDAR DÜŞƏRGƏSİNDƏ KOMPROMAT SAVAŞI GÜCLƏNİR

n

23/07/2010 - 10:42 RUSİYA QARABAĞ DANIŞIQLARINDA AZƏRBAYCANI SIXIR

n

21/07/2010 - 15:46 PROBLEMLƏRDƏN ÇIXIŞ YOLLARI

n

21/07/2010 - 11:00 TÜRKİYƏDƏN AZƏRBAYCANA PKK TƏNBEHİ

n

20/07/2010 - 12:03 ALMATI DANIŞIQLARI NƏDƏN UĞURSUZ OLDU?

n

16/07/2010 - 14:22 "BU, ERMƏNİSTANIN GÜZƏŞTİNİN SON LİMİTİDİR"

n

15/07/2010 - 10:41 BİRİ DAĞIDILIR, O BİRİ QURULUR

n

14/07/2010 - 14:48 BRAYZAYA NİYƏ "YOX" DEYİLİR?

n

13/07/2010 - 17:35 Dəniz Azərbaycandakı rejimə tabe deyil

n

13/07/2010 - 15:33 MADRİD RAZILAŞMASI AZƏRBAYCANDAN NƏYİ ALACAQ?

n

13/07/2010 - 10:45 TÜRKİYƏ-ERMƏNİSTAN SƏRHƏDİNİN AÇILIŞI MÜZAKİRƏYƏ ÇIXARILIR

n

08/07/2010 - 10:29 İKİ GENERALIN SİYAHI DAVASI

n

03/07/2010 - 15:25 HİLLARİ KLİNTON MÜXALİFƏTİ NİYƏ MƏYUS ETDİ?

n

03/07/2010 - 12:47 DAĞLIQ QARABAĞLA VİDALAŞA BİLƏRİK

n

01/07/2010 - 16:16 RUSİYAYA TƏZYİQ VASİTƏSİ

n

01/07/2010 - 14:01 200 milyon dolları daha hara sərf etmək olardı?

n

01/07/2010 - 12:42 Medvedev ABŞ-ın qurduğu tələyə düşüb

n

29/06/2010 - 12:16 İlham Əliyevin 200 milyonluq jestinin arxasında nə dayanır?

n

24/06/2010 - 12:21 "AZADLIQ", "QADIN HÜQUQU", "İNKIŞAF"

n

23/06/2010 - 11:59 QARABAĞ MÜNAQİŞƏSİ HANSI YOLLA ÇÖZÜLƏCƏK?

n

23/06/2010 - 11:00 "MÜHARİBƏ HƏR AN BAŞLAYA BİLƏR"

n

22/06/2010 - 11:11 Müxalifətin uğursuz yayı

n

22/06/2010 - 10:47 Nizami Cəfərovdan ŞOK İDDİA

n

19/06/2010 - 13:19 AZƏRBAYCANLA BAĞLI GİZLİ PLAN HAZIRLANIB

n

19/06/2010 - 12:05 ETNİK QARŞIDURMA MÜHARİBƏYƏ KEÇİB

n

18/06/2010 - 16:56 ÜÇTƏRƏFLİ KEÇİRİLƏN GÖRÜŞÜN NƏTİCƏSİ NƏ OLDU?

n

17/06/2010 - 14:07 ƏLİYEV-SARKİSYAN GÖRÜŞÜNDƏN GÖZLƏNTİLƏR

n

16/06/2010 - 10:53 Niyə məhz Oş?

n

10/06/2010 - 15:19 QƏRBİN SANKSİYALARI NƏDƏN XƏBƏR VERİR?

n

10/06/2010 - 14:05 DAŞQIN: ƏVVƏL və SONRA NƏ ETMƏLİ?

n

09/06/2010 - 16:49 QƏRBİN "TƏCRÜBƏ SİÇOVULLARI"

n

09/06/2010 - 15:05 ERMƏNİSTAN NİYƏ GÖZLƏMƏ MÖVQEYİNDƏ DAYANIB?

n

08/06/2010 - 15:12 TÜRKİYƏ NATO-dan UZAQLAŞACAQMI?

n

07/06/2010 - 14:05 OBAMADAN MİNNƏTdarlıq MƏKTUBU

n

31/05/2010 - 13:21 AZƏRBAYCAN SİYASİLƏRİ İSRAİLİN HÜCUMLARI BARƏDƏ

n

29/05/2010 - 15:43 PUTİNİN TÜRKİYƏ SƏFƏRİNİN GİZLİ TƏRƏFLƏRİ

n

29/05/2010 - 14:00 PUTİN ANKARADAN NƏ TƏLƏB EDƏCƏK?

n

26/05/2010 - 10:26 Müxalifətdaxili müharibə daha da qızışdı

n

25/05/2010 - 17:23 QARABAĞDA KEÇİRİLƏN SEÇKİLƏRƏ AZƏRBAYCAN NİYƏ BİGANƏDİR?

n

22/05/2010 - 13:30 SÜLH PLANI: 2+3+2 FORMULU VARMI?

n

20/05/2010 - 16:32 ABŞ REALLIQLA UZLAŞMAYAN SİYASİ XƏTTİ DAVAM ETDİRƏCƏK?

n

19/05/2010 - 11:33 ABŞ VƏ AVROPANIN BƏHANƏLƏRİ BİTDİMİ?

n

19/05/2010 - 10:22 ƏRDOĞANIN BAKI SƏFƏRİNİN PƏRDƏARXASI

n

19/05/2010 - 10:02 ATƏT Prezident Administrasiyasını niyə təəccübləndirib

n

18/05/2010 - 16:30 ƏRDOĞANIN 2 RAYON TƏKLİFİ TƏKZİB EDİLİR

n

18/05/2010 - 14:16 TÜRKİYƏNİN APARDIĞI SİYASƏT, AZƏRBAYCANA NƏ VƏD EDİR?

n

18/05/2010 - 11:01 Xəzərdə Meksika qəzası

n

18/05/2010 - 10:17 ƏRDOĞAN BAKIDA "İKİ RAYON" TƏKLİFİNİ MÜZAKİRƏ ETDİ

n

12/05/2010 - 17:07 MEDVEDYEV QARABAĞ PROBLEMİNƏ İŞIQ SALACAQMI?

n

12/5/2010 - 16:10 XİN GÖRÜŞDƏN NİYƏ İMTİNA ETDİ?


Günün Sitatı


Sərdar Səlaloğlu:
"ATƏT və Avropa Şurası Azərbaycanda demokratikləşməyə heç bir kömək etməyəcək, hələ 2005-ci il parlament seçkiləri Avropa Şurasında müzakirə olunmayıb"

Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu

Zorakılıqsız həyat
Mirhüseyn Haşimi

Dindarlara qarşı təzyiq dalğası
Tural Həsənli

PAYIZ GƏLDİ...UÇDU GETDİ BAYRAQ
Əziz Sahiboğlu

MTV, YOXSA MURDAR TV?
Emilya Tağıyeva

BİR GENERALIN OĞLU ÖLSƏ...
Xuraman

Mənim anam
Cavid Cabbarlı

2 GÜN BAYRAM, DİNƏ XİDMƏTDİR YA ƏMƏLLƏRİN ZAY EDİLMƏSİ?
Orxan Ələmdar

YUSİFİN DÜŞMƏNİ OLAN ALEK MAHO(LAR)
 
Qonaq yazarlar
Aqil Mehdi

ANA(LOQSUZ) MÜXALİFƏT
Əli Hüseynli

QƏRBİN YENİ HƏDƏFİ - YƏMƏN
Leyla Tağıyeva

KİV VƏ AİLƏ
Mayis Güləliyev

AZƏRİ ÜÇBUCAĞI SINDIMI?
Nurəddin İsmayıl

Fələstin və Livan hadisələrini düşünərkən
Ramin Bayramov

"Qüds günü" - zülmə etiraz günü!
Faiq Vəlioğlu

YOXDAN YARADAN RƏBBİNİN ADI İLƏ OXU!
 
Türk yazarlar
Fuat Türker

Kalbe İnen Vahiy
İbrahim Akın

Allahın Kadrini Hakkıyla Takdir Edemeyenler
 
Arxiv



 
Sayğac


Linklər

 

 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dərc olunan materilların mətninə görə sayt heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.

 
 
2009 FAKTXƏBƏR   www.faktxeber.com
faktxeber@gmail.com
Müəllif hüquqları qorunur
Dizayn :Networkbil.net