ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində "erməni soyqırımı" qərar layihəsinin qəbul edilməsi ilə bağlı Türkiyə hökuməti açıqlama yayıb.
05-03-2010 / 10:10
ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində «erməni soyqırımı» qərar layihəsinin qəbul edilməsi ilə bağlı Türkiyə hökuməti açıqlama yayıb.
APA-nın Türkiyə Nazirlər Kabinetinə istinadən verdiyi xəbərə görə, hökumət açıqlamasında layihənin qəbulundan təəssüfləndiyini bildirib: “Türk xalqının heç vaxt törətmədiyi bir cinayətdə ittiham edilməsini pisləyirik”.
Açıqlamada Türkiyənin ABŞ-dakı səfiri Namiq Tanın elə bu axşam geri çağırıldığı da bildirilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.