Həmyerlimiz Nizami Sadıqov karyerası ərzində vurduğu 21 qolla bütün dövrlərin ən məhsuldar qapıçıları siyahısında 13-cü olub
04-03-2010
Dünya Futbolu Tarixi və Statistikaları Federasiyası bütün dövrlər ərzində ən məhsuldar qapıçıların siyahısını açıqlayıb. Reytinq siyahısında ümumilikdə 15 qapıçı yer alıb. Həmyerlimiz Nizami Sadıqov karyerası ərzində vurduğu 21 qolla bütün dövrlərin ən məhsuldar qapıçıları siyahısında 13-cü olub.
Bütün dövrlərin ən məhsuldar qapıçısı isə Braziliyanın “San Paulo” klubunun üzvü Rojerio Kenidir. Onun aktivində 88 qol var. Artıq karyerasını başa vurmuş paraqvaylı Xose Luis Çilavert 62 qolla 2-ci, Kolumbiya yığmasının sabiq qolkiperi Rene Huiqita isə 41 qolla 3-cüdür.
Türkiyənin “Bursaspor” klubunun bolqarıstanlı qapıçısı Dimitar İvankov karyerası ərzində vurduğu 37 qolla 6-cı pillədədir. “Bursaspor”un üzvü vurduğu qollarla bu siyahıda rəqiblərini ötərək bir qədər də irəliləyə bilər. Xatırladaq ki, İvankov hələ ki, karyerasını başa vurmayıb.ans
Xaliq Bahadır: "Bu birliklə bağlı fikrimi səsləndirəndən sonra mənə qarşı kampaniya başlayıb. Yüz yerdən üstümə tökülürlər, mənə damğa vururlar. Bizdə demokratik prinsiplər bu cürdür. Alternativ düşüncədən çıxış etmək olmaz. Fürerlər belə deyirlərsə, belə də olmalıdır"