Azərbaycanın Ordusunun hərbçisi əsgər yoldaşını öldürüb
Azərbaycan Müdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən N saylı hərbi hissəsində ölüm hadisəsi baş verib
04-03-2010
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib. Məlumata görə, dünən axşam saatlarında hərbi hissənin əsgəri, 2008-ci ilin oktyabrında Qobustan rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 1990-cı il təvəllüdlü Novruzov Vilayət Vəkil oğlu silahla ehtiyatsız davranaraq atəş açıb. Nəticədə onun əsgər yoldaşı 2009-cu ilin oktyabrında Biləsuvar rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış 1990-cı il təvəllüdlü Əliyev Rövşən Qəzaxan oğlu yaralanıb və dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Xaliq Bahadır: "Bu birliklə bağlı fikrimi səsləndirəndən sonra mənə qarşı kampaniya başlayıb. Yüz yerdən üstümə tökülürlər, mənə damğa vururlar. Bizdə demokratik prinsiplər bu cürdür. Alternativ düşüncədən çıxış etmək olmaz. Fürerlər belə deyirlərsə, belə də olmalıdır"