Türkiyənin "Qalatasaray" klubunun kapitanı Arda Turanın komandadan ayrılacağı bildirilir
03-03-2010
"Qalatasaray"dakı transfer küləyi dayanmır. Türkiyənin “Qalatasaray” klubunun kapitanı Arda Turanın komandadan ayrılacağı bildirilir. Futbolçunun İngiltərə klublarından birinə keçəcəyini söyləyənlər daha çoxdur.
Adının açıqlanmasını istəməyən sarı-qırmızılı bir rəsmi Türkiyə mətbuatına Adnan Poladın Ronaldinyonu gətirmək istəyini dolayısıyla təsdiqləyib: Əlbəttə onun keyfiyyətində bir oyunçu almaq istəyirik və bu barədə işlər aparılır. Ardaya gəldikdə isə, onu iki həftə əvvəl, dənizin o tayına - bir Avropa ölkəsinə (İngiltərəyə) verdik. Ancaq "Manchester City"mi olar, "Arsenal"mı, "Liverpul"mu, bunu mövsümün sonunda açıqlayacağıq."
Qeyd edək ki, "Qalatasaray"la "Manchester City" son transferlərdən sonra qardaş klub olub. Rivadakı ərazidə stadionu onların şirkəti inşa edəcək. Haldun Üstünellə "Manchester City"nin rəhbəri Khaldounun arasındansa su belə keçmir. Məhz bunu nəzərə alaraq söyləmək olar ki, Arda 90 faiz mövsümün sonunda ciddi bir qarışıqılığa "Manchester City"ə gedəcək.
Xaliq Bahadır: "Bu birliklə bağlı fikrimi səsləndirəndən sonra mənə qarşı kampaniya başlayıb. Yüz yerdən üstümə tökülürlər, mənə damğa vururlar. Bizdə demokratik prinsiplər bu cürdür. Alternativ düşüncədən çıxış etmək olmaz. Fürerlər belə deyirlərsə, belə də olmalıdır"