Leyla Yunus dindarların qanunsuz həbs olunduğunu bəyanladı
Sülh və Demokratiya İnstitutu tutulanların buraxılmasını tələb etdi
03-03-2010
Sülh və Demokratiya İnstitutu (SDİ) bəyanatla çıxış edərək, fevralın 13-də Məhəmməd Peyğəmbərin (s) vəfatı günü ilə əlaqədar keçirilən aksiyada iştirak etmiş 5 dindarın həbsini və onlar barəsində cinayət işi açılmasını pisləyib. Sülh və Demokratiya İnstitutundan FaktXəbərə daxil olan məlumatda bilidirilir ki, adıçəkilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini əsassız dır. “İnsanlar səki ilə yürüş edirdilər və nə ictimai asayişi, nə də nəqliyyatın hərəkətini pozmurdular.
Lakin polis yürüş iştirakçılarını əhatəyə alıb, 20 dəqiqə sonra isə (görünür, rəhbərlikdən göstəriş aldıqdan sonra) vətəndaşları dəyənəklərlə amansızcasına döyməyə başlayıblar”, deyə SDİ-nin bəyanatında qeyd edilib: “Dinc vətəndaşları döyən polislər konstitusiyanı və "Polis haqqında" Qanunu növbəti dəfə pozublar”.
“Hakimlərin, məhkəmə sisteminin icra hakimiyyətindən tam asılılığı vətəndaşlara ədalətli mühakimə üçün ümid yeri qoymur. Bunun nəticəsi olaraq siyasi səbəblərdən həbs edilənlərin, Avropa İnsan Hüquqları Konvensiyasının maddələrinə (xüsusən Konvensiyanın 6-cı maddəsi - ədalətli məhkəmə çəkişməsi) zidd olaraq məhkum olunanların sayı daim artır”, deyə SDİ-nin bəyanatında sonda qeyd edilib.
Xaliq Bahadır: "Bu birliklə bağlı fikrimi səsləndirəndən sonra mənə qarşı kampaniya başlayıb. Yüz yerdən üstümə tökülürlər, mənə damğa vururlar. Bizdə demokratik prinsiplər bu cürdür. Alternativ düşüncədən çıxış etmək olmaz. Fürerlər belə deyirlərsə, belə də olmalıdır"