Faktxəbərin verdiyi məlumata görə, Fransa milli komandasının əfsanəvi oyunçularından Zinəddin Zidan, 2006-cı il dünya çempionatının finalnda kəllə atdığı İtalyan Marco Materazzidən əsla üzr istəməyəcəyini bildirib
02-03-2010
Fransa milli komandasının keşmiş kapinatı Zidan İspaniyanın El Pais qəzetinə verdiyi açıqlamada bildirib ki, "Tərəfdarlardan və komanda yoldaşlarımdan üzr istəyirəm. İtaliyada finalda məğlub olduğumuz oyundan sonra soyunma otağına getdim və yoldaşlarımdan üzr istədim. (Bu heç bir şeyi dəyişdirməz amma sizdən üzr istəyərəm) dedim. Amma Materazzidən üzr istəməyəcəm. Heç bir zaman. Belə edərsəm öz şərəfimi ləkələmiş olaram. Ölərəm üzr istəmərəm".
Zidan həmçinin bildirib ki, meydanda çox şeyin baş verir və bəzən əsəbiləşirəm. Orada özümü saxlaya bilmədim. Çünki məni təhqir etdi. Bu bir bəhanə deyil amma anam xəstə idi. Xəstəxanada yatırdı. İnsanlar bunu bilmirdi. Pis bir dövr idi. Anamı çox pis təhqir etdi. Bir şey demədim amma sonradan özümü saxlaya bilmədim".
Xaliq Bahadır: "Bu birliklə bağlı fikrimi səsləndirəndən sonra mənə qarşı kampaniya başlayıb. Yüz yerdən üstümə tökülürlər, mənə damğa vururlar. Bizdə demokratik prinsiplər bu cürdür. Alternativ düşüncədən çıxış etmək olmaz. Fürerlər belə deyirlərsə, belə də olmalıdır"