Son zamanlar Vətənimiz ağır və dərdli günlərini yaşayır. Əhalisinin 95%-i müsəlman olan bir xalq bilmir ki, gördüklərinə inansın ya eşitdiklərinə! Görəsən nələr baş verir bizdə?! Hara gedirik, müsəlmançılığa, mənəviyyata, paklığa və azadlığa tərəf, yoxsa təzədən kommunist hökumətini gətirib məscidləri anbar etmək istəyirik?!
Xaliq Bahadır: "Bu birliklə bağlı fikrimi səsləndirəndən sonra mənə qarşı kampaniya başlayıb. Yüz yerdən üstümə tökülürlər, mənə damğa vururlar. Bizdə demokratik prinsiplər bu cürdür. Alternativ düşüncədən çıxış etmək olmaz. Fürerlər belə deyirlərsə, belə də olmalıdır"