"Qalatasaray" və "Fənərbaxça" Avropaliqanın 1/8 final mərhələsinə vəsiqə qazana bilmədi
26-02-2010
UEFA Avropa Liqasının 1/16 final mərhələsinin oyunları keçirilib.
Türkiyənin “Qalatasaray” klubu ilk oyunda səfərdə 1:1 hesablı heç-heçə əldə etdiyi İspaniyanın “Atletiko” komandasına 1:2 hesabı ilə məğlub olaraq, Avropa klub turnirində iştirakını yekunlaşdırıb.
Qarşılaşmanın birinci hissəsində qol vurulmayıb. 63-cü dəqiqədə qonaqla Simaonun qolu ilə irəli çıxsalar da, cəmi üç dəqiqə sonra Keyta hesabı bərabərləşdirib. Hər kəs qarşılaşmanın taleyinin əlavə vaxtda müəyyənləşəcəyini gözlədiyi bir vaxtda “Atletiko”nun uruqvaylı hücumçusu Dieqo Forlan komandasını nvbəti mərhələyə çıxaran qola imza atıb.
“Qalatasaray” oyunun son 10 dəqiqəsini azlıqda keçirib. Belə ki, oyun ərzində bir neçə mübahisəli qərarı ilə yadda qalan italiyalı hakim, Caner Erkinə qırmızı vərəqə göstərərək, onu meydandan qovub.
Türkiyənin digər klubu “Fənərbaxça” isə öz meydanın Fransanın “Lill” komandası ilə qarşılaşıb. Birinci hissə türklərin üstünlüyü ilə başa çatıb. 35-ci dəqiqədə Əmrə Belözoğlu fərqlənib. “Fənərbaxça” bu hesabı 85-ci dəqiqəyədək qoruya bilib. Adil Raminin başı ilə vurduğu qol “Lill” komandasını 8/1 finala yüksəldib.
Xaliq Bahadır: "Bu birliklə bağlı fikrimi səsləndirəndən sonra mənə qarşı kampaniya başlayıb. Yüz yerdən üstümə tökülürlər, mənə damğa vururlar. Bizdə demokratik prinsiplər bu cürdür. Alternativ düşüncədən çıxış etmək olmaz. Fürerlər belə deyirlərsə, belə də olmalıdır"