Zəfər Quliyev: "Xocalı faciəsinin ildönümü yaxınlaşdıqca, tədbirlərin sayı da çoxalır"
25-02-2010
XX əsrin son on illiyində tarixə Xocalı soyqırımı adlı bir faciə də yazıldı. Bu hadisədə yüzlərlə günahsız insan vəhşicəsinə qətlə yetirildi. Beləliklə artıq qanlı hadisədən on səkkiz il arxada qoymuşuq. Bəlkə də beynəlxalq müstəvidə siyasi və hüquqi qiymətini almayan Xocalının daşı da, torpağı da hər gün bizi lənətləyir. Biz isə ildə yalnız bir gün bu lənətləri özümüzdən uzaqlaşdıra bilirik.
Xocalı hadisəsinin ildönümü münasibətilə FaktXəbərə açıqlama verən politoloq Zəfər Quliyev bildirdi ki, Xocalı hadisəsi bir az müəmmalı məsələdir. Çox siyasiləşdirilib: “Əslində bu bir faciədir. Bu günə qədər dəfələrlə həm parlamentdə müzakirə olunub, həm də komissiyalar yaradılıb. Eyni zamanda hərbi prokuratura tərəfindən məsələ araşdırılıb. Demək olar ki, ümumi şəkildə siyasi qiymət verilib. Amma deməzdim ki, bütün aksentlər düzgün qoyulub. Yəni konkret olaraq faciənin baş verməsində kim günahkardır? O zamankı siyasi elitada kim məsuliyyət daşıyırdı?”
Onun sözlərinə görə bu faciə daha çox siyasiləşdirilərək maraqlara qurban verilir: “İndiyə qədər bu hadisənin məsuliyyəti ya Mütəllibovun hakimiyyətinin üstünə yıxılırdı, ya da fəal qüvvə kimi Xalq Cəbhəsinin. Lakin mənə elə gəlir ki, Xocalı faciəsinə münasibətdə siyasi motivlərə daha çox üstünlük verilir. Necə ki, 20 yanvar hadisəsini siyasiləşdirirlər. Buna görə də hər bir dövrə uyğun olaraq siyasi gedişlər dəyişildikcə, hadisələrə münasibət də dəyişilir. Bir təfərdən başa düşüləndir ki, məsuliyyətdən boyun qaçırmaq istəyənlər hadisəyə siyasi don geyindiriblər. Daha düzgün qiyməti isə zaman verəcək. Bu da 10-20 ildən sonra baş verə bilər. Tarixçilər siyasi mativdən təmizlənmiş hadisəyə ağıllı yanaşacaqlar”.
Xocalı faciəsinin hüquqi tərəflərini də açıqlamağa çalışan Z.Quliyev vurğuladı: “Hüquqi tərəfini daha yaxşı olar ki, hüquqşünaslar şərh etsinlər. Lakin burada bir nüansa toxunmaq istəyirəm. Son bir neçə ildə Xocalı faciəsindən xarici siyasətdə istifadə etməyə çalışırıq. Xocalının genosid olmasını vurğulayırıq. Mən həmişə bu məsələdən çəkinirəm. Çünki, erməni genosidindən siyasi məqsəd üçün neçə ildir ki, istifadə olunur. Bu da demokratiyanın boğulmasına gətirib çıxardır. Fransa parlamenti erməni genosidini inkar edən adamlara qarşı cinatət işi açırdı. Eyni zamanda Ukraynada genosid məsələsi qaldırılıb. Ümumiyyətlə bu məsələni siyasi bir oyuna çeviriblər. Hesab etmirəm ki, Xocalı kimi milli bir faciəni belə bir oyun çərçivəsinə salmalıyıq”.
Azərbaycan hakimiyyəti əvvəlki illərdən fərqli olaraq Xocalı məsələsinə daha ciddi diqqət ayırır. Hətta 20 Yanvar və başqa tarixi hadisələrə bu qədər fikir verilmir - Z.Quliyev dedi: “Təəssüflə deməliyəm ki, hakimiyyət bir çox məsələlərdə köhnə sovet praktikasından istifadə edir. Xocalı faciəsinin ildönümü yaxınlaşdıqca, tədbirlərin sayı da çoxalır. 26 fevral keçəndən sonra bu faciə də gündəmdən çıxır. Belə təbliğat kompaniya xarakteri daşıyır. Əslində Xocalı da daxil olmaqla bəzi təşkilatlar tarixi proseslərlə daim işləməlidirlər”.
Eyni zamanda Xocalı ilə əlaqədar Beynəlxalq İnterpolun axtarış siyahisinə baxanda da dolğun bir siyahi gözə dəymir. Faktiki olaraq, o faciədə birbaşa iştirak edən daha nüfuzlu erməni siyasətçilərinin adı yoxdur. Bu da onu göstərir ki, siyahini hazırlayanlar yenə də siyasi plizmadan yanaşırlar. Beləliklə tarixi ədalət prinsipi ikinci plana keçirilir. Siyasi baxımdan düzgün qiymətləndirilsə də, hüquq çərçivəsində adekvat hesab oluna bilməz - Z.Quliyev bildirdi.
Xaliq Bahadır: "Bu birliklə bağlı fikrimi səsləndirəndən sonra mənə qarşı kampaniya başlayıb. Yüz yerdən üstümə tökülürlər, mənə damğa vururlar. Bizdə demokratik prinsiplər bu cürdür. Alternativ düşüncədən çıxış etmək olmaz. Fürerlər belə deyirlərsə, belə də olmalıdır"