Qanunsuz taksi fəaliyyəti göstərənlər nəqliyyat nazirinin qaydaları əsasında işləyir
25-02-2010
Təkcə Bakıda 10 minlərlə taksinin olduğu bəllidir. Bu taksilərin yarıdan çoxu isə Nəqliyyat Nazirliyinin qaydaları əsasında fəaliyyət göstərir. Yəni, taksi sürücüləri nəqliyyat müfəttişlərinə “haqq” verməklə işləyirlər. Həmin sürücülərə 51 kodu yaxşı bəllidir. Bu kodla işləyən taksilərdə fərqlənmə nişanı olmur. Sürücülər onları saxlayan nəqliyyat müfəttişlərinə “mən 51-nən işləyirəm” deməklə və bu kodla işləyənlərə verilən müvafiq “sənəd”i təqdim etməklə cərimədən qurtulurlar.
51 kodu ilə işləyənlərin nəqliyyat müfəttişlərinə ödədiyi “haqq” isə təbii ki, Nəqliyyat Nazirliyinin rəhbərliyinin cibinə axır. Ziya Məmmədovun bu kəşfi həm də vergidən yayınmağa xildmət edir. Təsadüfi deyil ki, ötən ilə qanunsuz nəqliyyat xidməti göstərən 1588 şəxs aşkarlanıb. Həmin şəxslərin Vergilər Nazirliyindən “Fərqlənmə nişanı” almadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıma fəaliyyəti ilə məşğul olmaları müəyyənləşdirilib. Nəticədə, aşkar edilmiş 1 588 şəxs barəsində 51,2 min manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.
Yuxarıda qeyd etdiyimiz kimi təkcə taksi sürücülərinin sayı 10 minlərlədir və onların da böyük əksəriyyəti fərqlənmə nişanı olmadan fəaliyyət göstərir. Görünür, bu taksi sürücüləri Nəqliyyat Nazirliyinin “qaydaları”na da əməl etməyiblər. Bu baxımdan da onların cərimələnməsi qərara alınıb. Obyektiv araşdırmalar zamanı isə 10 minlərlə şəxsin qanunsuz nəqliyyat xidmət göstərdiyi üzə çıxarıla bilər. Təbii ki, Ziya Məmmədovun “51″ və bu kimi başqa kodları olmasa…/Azadlıq qəzeti
Xaliq Bahadır: "Bu birliklə bağlı fikrimi səsləndirəndən sonra mənə qarşı kampaniya başlayıb. Yüz yerdən üstümə tökülürlər, mənə damğa vururlar. Bizdə demokratik prinsiplər bu cürdür. Alternativ düşüncədən çıxış etmək olmaz. Fürerlər belə deyirlərsə, belə də olmalıdır"