Yeni texnologiya sayəsində gözlərlə cib telefonunun idarəsi təmin edildi
22-02-2010
FaktXəbərin verdiyi məlumata görə, Yaponiyanın məşhur mobil telefon operatorlarından DoCoMo, hazırladığı yeni bir texnologiya sayəsində, cib telefonunun göz hərəkətləriylə idarəsini təmin etməyi reallaşdırıb.
Barselonada təşkil edilən Mobile World Congressdə (MWC) tədim edilən və hələ prototip mərhələsindəki bu texnoloji nailiyyət - qulaqlıqla cib telefonu, göz hərəkətləriylə idarə edilir və gözlərin hərəkət etdirilməsiylə birlikdə axtarış həyata keçirilir və hətta telefonda musiqi dinlənilə bilir. Bunu toxunma ekran texnologiyasının sonu adlandırmaq olar.
SİSTEM NECƏ İŞLƏYİR
Qulaqlıqlara yerləşdirilən xüsusi elektrodlar, göz hərəkətlərini qəbul edir. İçərisində potensial elektrik saxlayan (korneada müsbət, retinada mənfi) qulaqlıqlar, göz hərəkətlərini qəbul edərək telefonun idarəsini təmin edir. Göz qapaqları bağlı olsa belə, telefonu asanca idarə etmək mümkündür. Telefon zəngi istisna olunmaqla, göz hərəkətləriylə musiqi dinləmək mümkündür. Telefonun yaddaşına yüklənən musiqiləri gözlərinizlə açmaq mümkün olduğu kimi, məsələn mahnıları oxutmaq, ya da dayandırmaq üçün gözlərinizi əvvəl sağa sonra da sola doğru hərəkət etdirməniz kifayətdir.
Xaliq Bahadır: "Bu birliklə bağlı fikrimi səsləndirəndən sonra mənə qarşı kampaniya başlayıb. Yüz yerdən üstümə tökülürlər, mənə damğa vururlar. Bizdə demokratik prinsiplər bu cürdür. Alternativ düşüncədən çıxış etmək olmaz. Fürerlər belə deyirlərsə, belə də olmalıdır"