Tarix:21-12-2016 10:57
12 illik təhsil sistemi düşündüyümüz qədər də sadə proses deyil
Şərh yaz
Xəbər verildiyi kimi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, ölkədə 12 illik ümumi təhsilə mərhələli keçidin həyata keçirilməsinə başlanıb. Bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə deyilir. Qeyd olunur ki, 12 illik təhsil ümumi təhsilin son iki ilində təmayülləşməni nəzərdə tutur. 
 
Məsələ burasındadır ki, 12 illik təhsilə keçidlə bağlı xəbərlər və müxtəlif yanaşmalar məhz bu günün məsələsi olmayıb, son illərdə ən çox gündəmə gələn, ekspertlər və ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayan məsələlərdən biridir. Yəni, bu sistem Avropa standartlarına uyğun olsa belə, bir çox insanlar hələ də bu qənaətdədirlər ki, əlavə bir il, vaxt itkisidir.  Bununla belə, xatırlatmaq yerinə düşər ki, hələ "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında Azərbaycanda 2020-ci ilədək 12 illik təhsil sisteminə keçid nəzərdə tutulub. Ölkə başçısının 2013-cü il oktyabrın 24-də imzaladığı "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"na əsasən isə, Azərbaycanda onillik ümumi orta təhsil və iki illik tam orta təhsil modelinə mərhələli şəkildə keçidi təmin etməklə 12 illik ümumi təhsil sistemi yaradılması xüsusi olaraq vurğulanıb. Bildiyim qədər bu məqsədlə Mərkəzi və Qərbi Asiyadan olan təhsil üzrə beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən konfransda Azərbaycanın 12 illik təhsil sisteminə dair müzakirələr də aparılıb.
 
12 illik təhsilə keçidin zəruriliyi nə ilə şərtlənir? Hər şeydən əvvəl Dünya Təhsil Forumunda 12 illik təhsilin minimum standart kimi tətbiq olunması barədə deklorasiya layihəsində bu bir daha öz əksini və təsdiqini tapıb. Hazırda 12 illik ümumi təhsili tətbiq edən ölkələrin dünya üzrə çoxluq təşkil etməsi də beynəlxalq təhsil sisteminə inteqrasiya baxımından bu keçidi zəruri edir. Digər tərəfdən, hesab edilir ki, 12 illik təhsilə keçid uşaqların tədris yükünün, eləcə də fənlər üzrə təlim yükünün hansısa mərhələdə yüngülləşməsinə xidmət edəcək. Digər tərəfdən, Strategiyanın müəyyən etdiyi istiqamətlərə əsasən təhsilin peşəkar inkişafı, məzmunca yeniləşməsi, təmayülləşmə və ixtisaslaşmanın həyata keçirilməsi, təhsil proqramlarının həddən artıq yükləmələrdən azad olunması, digər pedaqoji psixoloji habelə iqtisadi xarakterli məsələlərin həlli də qaçılmazdır.
 
Təhsil Naziri Mikayıl Cabbarovun məsələ ilə əlaqədar açıqlamalarından da belə nəticə hasil olunur ki, 12 illik təhsil sisteminə keçidə mexaniki bir dəyişiklik kimi baxılmamalıdır. Bu, çox mühüm bir məsələdir və ciddi müzakirələrin aparılmasını tələb edir. 12 illik təhsil sisteminə keçidə məhz sadəcə məktəbdə oxunan illərin artırılması kimi deyil, seçilən yolun düzgün və aparıcı beynəlxalq təcrübəyə əsaslanan bir yol olduğuna əmin olduqdan sonra bu 12 illik təhsil layihəsi gerçəkləşə bilər: "Bu, bir nəfərin qərarı olmamalıdır. Bu sistemə düşünülmüş şəkildə, mütəxəssislərin iştirakı ilə, dünya ölkələrinin təcrübələrinə, real imkanlarımıza, hədəflərimizə nəzər salmaqla keçiləcək.”
 
Reallıqdan çıxış etsək və mövcud vəziyyəti nəzərə alsaq belə qənaətə gəlmək olar ki, keçid prosesi bir sıra ciddi maneələrin aradan qaldırılması və həll olunması baxımından qeyri-müəyyən müddətə ləngiyə bilər. Yəni, deyək ki, hazırda V siniflər üçün nəzərdə tutulmuş kurikulumlar 11 illik təhsil sisteminə hesablanıb. Bu sistemlə oxuyan şagirdlər bir müddətdən sonra - 2019-cu ildə məktəbi bitirəcəklər. Növbəti ildə oxuyacaq V siniflər üçün yeni kurikulumlar hazırlanmalıdır. Bu qısa müddət ərzində sənədlərin hazırlanması, elmi araşdırmaların aparılması müvafiq strukturlardan çox ciddi iş tələb edir. Dərsliklərin də yeni kurikuluma uyğun yazılması üçün müvafiq təcrübə və müddət tələb olunur. Bunun qəbul sisteminə təsiri, yeni tədris planları, yeni proqramlar, müəllim hazırlığı, əlavə ediləcək 1 ilin təhsilin hansı pilləsinə artırılması və s. ciddi məsələlərdəndir.  
 
Çox şey “5+5+2”, “4+6+2”, “1+4+5+2” modellərindən hansının tətbiq olunacağından və təmayülləşməni nəzərdə tutan son iki ilə (10+2 sistemində 11-12-ci siniflərə) keçidin könüllülük və ya seçim yolu ilə (test, imtahan, müsabiqə, müsahibə və s.) aparılmasından asılı olacaq. 
 
Yəqin ki, təhsillə bağlı məsələlərlə az-çox maraqlananlar bilməmiş deyillər ki, bu model artıq dünya ölkələrində çoxdan tətbiq olunur. Hətta, Kanada, Fransa, Hollandiya və Çexiyada hazırda ümumi təhsilin müddəti 14, Almaniya, Böyük Britaniya, İsveç, Avstraliya və Yeni Zelandiyada 13 ildir. ABŞ, Finlandiya, Cənubi Koreya, Polşa və bir sıra digər ölkələrdə isə ümumi təhsilin müddəti 12 ildir. Bununla belə, hazırda dünya üzrə 12 illik ümumi təhsili tətbiq edən ölkələr çoxluq təşkil edir. Son statistik məlumatlara görə, belə ölkələrin sayı 170-i ötüb. Çox az sayda ölkədə ümumi təhsilin müddəti 11 il təşkil edir.
 
Məsələ heç də təkcə bununla bitmir. Deməyim odur ki, bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil. Təsəvvür edin ki, Qazaxıstan kimi bir ölkə 2003-cü ildən 12 illik təhsilə keçidi hədəfləyib. İlkin olaraq bunu 8 məktəbdə eksperiment kimi aparıblar. Daha sonra məktəblərin sayını 45-ə çatdırıblar. Bütün ölkə üzrə bu proses mərhələli şəkildə tətbiq olunur. Keçidin tam başa çatdırılması 2020-ci ilə nəzərdə tutulub. Demək, proses üçün 17 il vaxt lazım olub. Hətta keçiddən imtina olunması barədə təkliflər və təşəbbüslər də qaldırılıb.
 
Hesab edirəm ki, 12 illik təhsilə keçid reallaşdırılacağı halda, əlavə olunacaq 1 ili təhsilin təməlini təşkil edən ibtidai təhsil pilləsinə ayırmaq, ilkin siniflərdə şagird sıxlığını imkan daxilində minimuma endirmək daha məqsədəuyğun olardı. 
 
Digər bir məsələ isə sənəddə deyildiyi kimi ümumi təhsil sistemində “yaddaş” məktəbindən “təfəkkür” məktəbinə keçidin təmin edilməsi, məktəb rəhbərlərinin, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması,  mövcud resurslardan səmərəli istifadə edilməsi istiqamətində aparılan işlərin səviyyəsindən də çox şey asılı olacaq.
 
Necə olur ki, 1-2 il repetitor xidmətindən istifadə edənlər və ya hansısa aylıq  kurslara  gedənlər 11 il orta məktəb təhsili ilə məşğul olanlardan daha yüksək göstəricilərə nail olurlar? Deməli, təhsilin müddəti əsas olsa belə, həlledici amil sayıla bilməz. Əgər məsələyə sırf müddət baxımından yanaşsaq, belə bir sual ortalığa çıxacaq ki, kosmosu fəth edənlər 12 illik təhsil almışdılar? Bu mənada tədrisin səmərəli metodikaları, təhsil prosesinə yanaşma tərzi barədə düşünməliyik.
 
Gedişatı və nəticəni zaman göstərəcək. Bir də ki, təhsilin keyfiyyətini yüksəltmək üçün onun müddətinin artırılmasına bel bağlayıb, buna ümid etməklə arxayınlaşmaq olmaz. Nazirin təbirincə desək, “12 illik təhsilə keçid, keçid xətrinə deyil, təhsil sisteminin keyfiyyətinin qaldırılması üçün keçiləcək: Ölkədə vaxtilə yeni kurikulum sisteminə keçdik, amma müəllimləri buna lazımi səviyyədə hazırlamadıq. Nəticədə bu gün bir çox problemlərlə rastlaşırıq”. Hər halda müzakirələr davam etdirilməlidir, özü də daha geniş tərkibdə.
 
Nadir İsrafilov
təhsil eksperti
Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza :
Teqlər :
12 - illik - təhsil - sistemi - düşündüyümüz - qədər - - sadə - proses - deyil - -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:21-12-2016 10:57 - Oxundu: 1662
Təhsil
28-03-2017 16:13 Bu il ali məktəblərə qəbulun keçid balları açıqlanıb
27-03-2017 12:20 Səhiyyə Nazirliyi məktəblilərin qidalanması qaydalarını açıqlayıb
27-03-2017 10:12 Magistratura və rezidenturaya sənəd qəbulu başa çatır
24-03-2017 12:03 Azərbaycan elmində yenilik - virtual laboratoriya yaradılır
23-03-2017 12:42 Məktəb direktorlarının iş yerinin dəyişdirilməsi qaydaları açıqlanıb
23-03-2017 12:00 Tələbələrin transferi elektronlaşdırılıb
22-03-2017 10:58 Yeni dərs ili üçün tələbə qəbulu QAYDALARI açıqlandı
21-03-2017 13:52 Sınaq imtahanlarının tarixləri AÇIQLANDI
18-03-2017 21:25 Bakalavr səviyyəsinə qəbul olmaq istəyənlər üçün elektron sınaq imtahanları keçiriləcək
18-03-2017 20:25 DİM MDU-nun Bakı filialına qəbul olmaq istəyənlərə müraciət edib
18-03-2017 12:40 Məktəb direktoru vəzifəsinə işə qəbul qaydaları açıqlanıb
18-03-2017 11:46 Novruz bayramı ilə əlaqədar məktəblərdə tətil günləri açıqlanıb
18-03-2017 10:42 Ali təhsilin magistratura səviyyəsində 20 yeni ixtisas yaradılıb
17-03-2017 12:05 Magistratura və rezidenturaya sənəd qəbulunun müddəti uzadılıb
16-03-2017 22:01 Elektron sistem vasitəsilə I sinfə 9334 nəfər valideyn sorğu yerləşdirib
16-03-2017 20:59 Sınaq imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyənləşib
16-03-2017 15:04 Tələbələrin təqaüdləri niyə gecikdirilir? - RƏSMİ
16-03-2017 14:47 Bakıda I sinfə elektron qəbulla bağlı problem yaranıb
16-03-2017 14:31 Ali məktəblər yenidən strukturlaşdırıla bilər
16-03-2017 12:33 Azərbaycanda 1000-dən çox müəllimin diplomu saxta çıxdı
16-03-2017 12:30 Mikayıl Cabbarov əmr imzaladı
15-03-2017 16:21 Təmayül siniflərin müəllimləri hansı qaydada əmək haqqı alacaq? - RƏSMİ CAVAB
15-03-2017 10:33 Nazir: Ermənilər Azərbaycanın 700-ə qədər təhsil ocağını dağıdıb
14-03-2017 20:39 Kolleclərə tələbə qəbulu elan edilib
14-03-2017 14:02 Peşə məktəblərində oxuyanların imtahanlarının nəticələri açıqlanıb
14-03-2017 10:34 Dövlət qulluğuna qəbulun təşkili və keçirilməsi qaydası təsdiqlənib
14-03-2017 10:33 Sabahdan Bakı məktəblərində I sinfə şagird qəbulu başlanır
13-03-2017 20:35 9-cuların buraxılış imtahanındakı qayda pozuntuları AÇIQLANDI
13-03-2017 16:32 Bakı məktəblərində təmayüllərin hansı istiqamətlər üzrə təşkil olunacağı açıqlanıb
13-03-2017 10:32 Məleykə Abbaszadə: Bizə bu yolla heç kim təsir göstərə bilməz
13-03-2017 10:23 Məktəblərdə "İslam Həmrəyliyi ili"nə həsr olunmuş mühazirələr keçirilir
10-03-2017 13:39 Ali məktəb imtahanlarına hazırlaşanlara 12 QIZIL MƏSLƏHƏT
10-03-2017 11:54 "Buraxılış imtahanı qaydasının yenidən dəyişdiriləcəyi gözlənilir" - RƏSMİ
10-03-2017 09:19 Azərbaycanda magistraturaya qəbul elan edilib
09-03-2017 13:19 Martın 12-də 33 rayonda buraxılış imtahanı keçiriləcək
09-03-2017 10:57 DİM imtahan pullarından - 15 milyon qazanacaq
07-03-2017 15:00 Azərbaycanda bu il sınaq imtahanlarının sayı azaldılacaq
07-03-2017 14:44 "TŞ-nın imtahanlarla bağlı müəyyənləşdirdiyi qiymətlər bu ilə aiddir"
07-03-2017 14:09 "Magistraturaya keçirilən imtahanın nəticələri iki il istifadə olunacaq"
07-03-2017 11:57 İlk dəfə imtahan verən əvvəlki məzunlar da pul ödəməyəcək
07-03-2017 10:52 2 ildən sonra 11-ci sinif üzrə buraxılış imtahanı fərqli olacaq - RƏSMİ
06-03-2017 20:24 Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri açıqlanıb SİYAHI
06-03-2017 12:47 Təhsil Nazirliyi yanında Daimi şuralar yaradılıb
06-03-2017 10:49 Fənn müsabiqələri keçirilib
06-03-2017 09:25 İmtahanlarda dəyişiklik edildi
04-03-2017 21:55 Sabah 9-cu sinif şagirdləri buraxılış imtahanı verəcək - VİDEO
03-03-2017 22:11 DİM: Həmin şagirdlərin nəticələri ləğv ediləcək
02-03-2017 16:44 Təhsil Nazirliyinin kollegiyasının tərkibi dəyişdirilib
02-03-2017 14:46 Şagirdlər "artıq yük"dən azad olacaq - RƏSMİ
02-03-2017 14:07 Təhsil müəssisələrində baş verən qanunsuzluqlar açıqlanıb
02-03-2017 12:44 Dövlət İmtahan Mərkəzi 9-cular üçün "Abituriyent" jurnalı nəşr etdi
01-03-2017 14:51 40 mindən çox şagird imtahan verəcək
28-02-2017 12:06 Məleykə Abbaszadə valideynlərə müraciət etdi
28-02-2017 11:31 Bu il 70 min abituriyent qəbul imtahanında ödənişsiz iştirak edəcək
28-02-2017 10:38 Nazirlik "11 illik", "9 illik" söhbətlərinə aydınlıq gətirdi
27-02-2017 11:17 Mikayıl Cabbarov Ağdaşda vətəndaşları qəbul edəcək
27-02-2017 09:15 Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA
25-02-2017 14:09 Qəbul imtahanlarında ikinci dəfə iştiraka görə ödənişi abituriyent ödəyəcək
24-02-2017 21:20 İmtahanlarla bağlı sərəncam — “Onlar ödənişdən azad olunur...”
24-02-2017 15:08 Buraxılış imtahanlarında inşalara verilən tələblər açıqlanıb - SİYAHI

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

Bu il ali məktəblərə qəbulun keçid balları açıqlanıb
28-03-2017 16:13
Əmlaka dair etibarnamənin verilməsi və xitamı qaydası dəyişib
28-03-2017 09:26
Prezident Baş Qərargahdan iki generalı istefaya göndərdi
28-03-2017 15:07
Kamran Ağayev: "Vaqif Cavadovu toya çağırın, yaxşı oynayır" - VİDEO
28-03-2017 15:44
Yeni Zelandiyadan gətirilən yağ Azərbaycan gömürüyündə niyə "əriyir"?
28-03-2017 10:04
Azərbaycanlı tələbəni Türkiyədə müəllimi əvvəl təhqir etdi sonra isə döydürdü
28-03-2017 13:03
ABŞ-da aeroportda çəkilən bu kadrlar böyük səs-küy yaratdı -VİDEO
28-03-2017 14:55
Tələbələrin öldüyü yerdə daha bir dəhşətli qəza - VİDEO
28-03-2017 15:58
"Azəriqaz" barədə daha bir bibaırçılıq: milyonlar havaya necə uçurulub
28-03-2017 13:38
Azərbaycanda dollar bir qədər bahalaşdı
28-03-2017 13:07
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az