Prokuror təqsirləndirilən "Lotu Süleyman" ləqəbi ilə tanınan Süleyman Şirinovun məhkəmədə 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib
16-02-2010
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Lotu Süleyman” kimi tanınan kriminal avtoritetin məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən “Lotu Süleyman” ləqəbi ilə tanınan Süleyman Şirinovun məhkəmədə cinayətinin sübuta yetirildiyi qənaətinə gələrək, onun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, S. Şirinov 1997-ci il noyabrın 19-da adam oğurluğu ilə məşğul olan Abuzər Abuzərova öldürmək məqsədilə atəş açıb və onu yaralayıb. Təqsirləndirilən 11 il istintaqdan yayınıb, lakin 2008-ci ildə həbs edilib.
Təqsirləndirilən şəxs 2000-ci ilə kimi qüvvədə olan Cinayət Məcəlləsinin 94,1.6-cı (ölümə sui-qəsd) maddəsi ilə ittiham olunub. S. Şirinov 1995-1996-cı illərdə mütəşəkkil qrup halında respublikada ayrı-ayrı vətəndaşlara basqın edərək, onları girov götürüblər və küllü miqdarda pul alıblar. O, adam oğurluğu cinayətləri törətməkdə ittiham olunaraq müxtəlif müddətlərə cəza alan Abuzər Abuzərovun rəhbərlik etdiyi dəstədə də iştirak edib.
Xaliq Bahadır: "Bu birliklə bağlı fikrimi səsləndirəndən sonra mənə qarşı kampaniya başlayıb. Yüz yerdən üstümə tökülürlər, mənə damğa vururlar. Bizdə demokratik prinsiplər bu cürdür. Alternativ düşüncədən çıxış etmək olmaz. Fürerlər belə deyirlərsə, belə də olmalıdır"