Rusiya milyarderlərinin reytinq siyahısında Vahid Ələkbərov 8-ci, İsgəndər Mahmudov 26-cı, Fərhad Əhmədov 49-cu, Telman İsmayılov 87-ci, Araz Ağalarovun 99-cu sırada qərarlaşıb
15-02-2010
“Finans” jurnalı Rusiya milyarderlərinin reytinq cədvəlini açıqlayıb. 2009-cu ildə tərtib olunmuş siyahı ilə müqayisədə Rusiyanın ən varlı şəxslərinin siyahısında dəyişikliklər baş verib. (lent.az)
Məsələn, “Oneksim” şirkətlər qrupunun prezidenti Mixail Proxorov artıq Rusiyanın ən varlı adamı deyil. 2010-cu ildə Mixail Proxorov 17,85 milyard dollarla 2-ci yerlə kifayətlənməli olub və birinciliyə 19 milyard dollarla Novolipetsk metal kombinatının sahibi Vladimir Lisin yüksəlib. Vladimir Lisin 2009-cu ildə 3-cü yerdə olub.
2009-cu ildə ikinci yeri tutan Roman Abromoviç bu il 17 milyard dollarla üçüncü sırada qərarlaşıb. Reytinq cədvəlində ardıcıl olaraq növbəti yerləri “Nafta Moskva” şirkətinin sahibi Süleyman Kərimov (14,5 milyard dollar), “Alfa-qrup” şirkətinin əsas səhmdarı Mixail Fridman (14,3 milyard dollar), “Rusal” şirkətinin əsas səhmdarı Oleq Deripaska (13,8 milyard dollar), “Metalinvest” şirkətinin qurucusu Əlişir Usmanov (12,4 milyard dollar) tuturlar.
Azərbaycan əsilli milyarder, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov isə 10,65 milyard dollarla 8-ci yerlə kifayətlənməli olub. Ötən ilki siyahı ilə müqayisədə o, 4 pillə geriləyib. Digər Azərbaycan əsilli milyarder, “Transmaşholdinq” şirkətinin sahibi İsgəndər Mahmudov 3,9 milyard dollarla 26-cı sıradadır. “Nortqaz” şirkətinin sahibi Fərhad Əhmədov 1,7 milyard dollarla 49-cu yerdədir.
Digər həmyerlimiz, biznesini Türkiyəyə keçirən AST Şirkətlər Qrupunun prezidenti Telman İsmayılov Rusiyada artıq milyarderlər cərgəsindən çıxıb. Onun Rusiyadakı varidatı 860 milyon dollar qiymətləndirilib və o, 87-ci yerdə qərarlaşıb. “Crocus Group” şirkətinin sahibi Araz Ağalarovun var-dövləti 700 milyon dollar dəyərləndirilib. O, 99-cu yerin sahibidir.
Rusiyalı milyarderlər arasında ən uğurlu nəticəni “Gunvor” neft şirkətinin sahibi Gennadi Timçenko göstərib. Keçən ilki siyahı ilə müqayisədə o, 375 pillə irəliləyib və 23-cü yerdə qərarlaşıb.
Xaliq Bahadır: "Bu birliklə bağlı fikrimi səsləndirəndən sonra mənə qarşı kampaniya başlayıb. Yüz yerdən üstümə tökülürlər, mənə damğa vururlar. Bizdə demokratik prinsiplər bu cürdür. Alternativ düşüncədən çıxış etmək olmaz. Fürerlər belə deyirlərsə, belə də olmalıdır"