"Çox təəssüflə bildirməliyəm ki, Azərbaycanda kitab oxuyanların sayı minimum dərəcədədir"
13-02-2010
Bu sözləri Yazıcılar Birliyində çıxış edən xalq yazıçısı Çingiz Abdullayev deyib. O bu göstəricilərin Hollandiyada 72%, Sankt-Peterburqda 59%, Gürcüstanda 32%, Ermənistanda 28% əhali kitab oxuduğu halda, Azərbaycanda biabırçı həddində cəmi 8% olduğunu bildirib. Xalq yazıçısı həmçinin gənclərin savadsızlığından da danışıb. Çingiz Abdullayev bu işdə valideynlərin günahkar olduğunu qeyd edib. “Azərbaycan yeganə millətdir ki, valideyn müəllimə pul verir ki, mənim övladıma heç nə öyrətmə!”. Xalq yazıcısı həmçinin ali təhsil müəssələrində kitaba münasibətin dəhşətli olduğunu qeyd edərək bu işdə təhsil naziri və rektorların məsuliyyət daşıdığın bildirib.
Xaliq Bahadır: "Bu birliklə bağlı fikrimi səsləndirəndən sonra mənə qarşı kampaniya başlayıb. Yüz yerdən üstümə tökülürlər, mənə damğa vururlar. Bizdə demokratik prinsiplər bu cürdür. Alternativ düşüncədən çıxış etmək olmaz. Fürerlər belə deyirlərsə, belə də olmalıdır"