16 milyon manat vəsaitin qanunsuz xərcləndiyi aşkarlanıb
10-02-2010
Dünən Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə olunub. Məruzəni Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə təqdim edib. M.Səlimzadənin sözlərinə görə, ötən il ərzində bələdiyyələrin fəaliyyəti ilə bağlı yoxlamalar aparılıb. Bu yoxlamalar nəticəsində 34 bələdiyyə tərəfindən ciddi qanun pozuntularına yol verildiyi aşkarlanıb, 23 fakt üzrə materiallar araşdırılmaq üçün Respublika Prokurorluğuna göndərilib: “Eyni zamanda qanunsuz icarəyə verilən 5071 hektar torpaq sahəsi geri qaytarılıb. 16 milyon manat vəsaitin qanunsuz xərcləndiyi aşkarlanıb”. Müzakirələrdən sonra məruzə parlamentin plenar iclasına tövsiyə olunu. // APA
Xaliq Bahadır: "Bu birliklə bağlı fikrimi səsləndirəndən sonra mənə qarşı kampaniya başlayıb. Yüz yerdən üstümə tökülürlər, mənə damğa vururlar. Bizdə demokratik prinsiplər bu cürdür. Alternativ düşüncədən çıxış etmək olmaz. Fürerlər belə deyirlərsə, belə də olmalıdır"