İngiltərə yeni ixtira ilə dünyada səs-küy yaratmağı bacardı. İngilis alimləri Ceyms Auger və Cimmi Loizeanın istehsal etdiyi bu cihaz öldürülmüş milçəklərdən faydalanmaq imkanı yaradacaq. Necə? Belə ki, davamlı olaraq fırlanan yapışqanlı lent və LCD ekrandan ibarət bu cihaz tutduğu milçəklərdən enerji əldə edir. Yapışqanlı lent tutulan milçəkləri cihazın müvafiq bölümünə yerləşdirir. Burada kimyəvi reaksiyalar sayəsində əldə edilən enerji LCD ekranı üzərindəki saatın işləməsinə və yapışqanlı lentin fırlanmasına yetəcək qədər enerji yaradır. Birləşmiş Krallıq hazırda bu cür saatları dünya ölkələrinə ixrac etməyi düşünür.