Paytaxtın 1/3-i işıqsız qalıb
Paytaxtda elektrik enerjisi kəsildi, sərnişinlər metro qatarlarında qaldı
09-02-2010
Bu gün saat 12 radələrində Azərbaycanın paytaxtı Bakı şəhərinə elektrik enerjisinin verilməsi dayanıb. Verilən məlumata görə, eyni zamanda şəhərin bütün rayonlarında və metro stansiyalarında işıqlar sönüb. Metroda qatarların hərəkəti dayanıb, sərnişinlər vaqonlarda qalıblar. Metroya sərnişinlər buraxılmır. İlkin məlumata görə, qəzanın səbəbi paytaxta gələn yüksək gərginlikli elektrik xətlərində ciddi nasazlıq yaranmasıdır. Elektrik kəsintisi səbəbindən FaktXəbərin işində də fasilə yaranıb. “Bakıelektrikşəbəkə”dən və “Azərenerji”dən hadisə ilə bağlı məlumat almaq mümkün olmayıb.