"Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması 20 il də çəkə bilər"
09-02-2010
Avropa Şurası Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına ümidlə baxır. Bunu “CNN Türk” telekanalına müsahibəsində qurumun baş katibi Torbyörn Yaqland deyib. (ans)
Avropa Şurasının baş katibinin sözlərinə görə, bu prosesin qısa müddət ərzində nəticə verməsi az inandırıcıdır: “Qısa vaxt ərzində nəticənin nə olacaq, birmirəm. Protokolların iki ölkənin parlamentlərində ratifikasiya edilib-edilməyəcəyini də deyə bilmərəm. Bu məsələdə siyasi əngəllər var. Amma ilk addım atıldı. Əminəm ki, bu, son addım olmayacaq. Proses 5-10, ya da 20 il ala bilər. Amma Türkiyə və Ermənistan iki qonşu ölkədir”.
Torbyörn Yaqland rəsmi Ankaranı azsaylı xalqların hüquqlarına Konstitusiya ilə təminat verilməsinə də çağırıb.
Xaliq Bahadır: "Bu birliklə bağlı fikrimi səsləndirəndən sonra mənə qarşı kampaniya başlayıb. Yüz yerdən üstümə tökülürlər, mənə damğa vururlar. Bizdə demokratik prinsiplər bu cürdür. Alternativ düşüncədən çıxış etmək olmaz. Fürerlər belə deyirlərsə, belə də olmalıdır"