Haitidə xilasedicilər təxminən 1 ay ərzində dağıntılar altında qalan 28 yaşlı şəxsi sağ tapıblar
09-02-2010
FaktXəbərin verdiyi məlumata görə, Haitidə 27 gün dağıntılar altında qalan şəxs, sağ-salamat torpaq həyatı ilə vidalaşıb. Yanvarın 12-də baş verən dağıdıcı zəlzələ zamanı həmin şəxs bazarda olub. Qohumları ona elə oradaca betonun altında tapıblar. Hazırda həmin şəxs hospitaldadır. Həkimlər onun son dərəcə zəiflədiyini bildirirlər. Möcüzə nəticəsində sağ qalan cavan oğlanın həyatı uğrunda mübarizə gedir. Həkimlər onu da qeyd ediblər ki, həmin şəxsin bədəni son dərəcə susuzlaşıb və onun sağ qalması çün bədəninə iynə vururlar: “Güman edirik ki, o, həyata qayıdacaq. Buna inanmaq çətin olsa da, mümkün olmayan heç nə olmadığı məlum olur”.