Rusiya rəsmisi də İrana qarşı sanksiyalar tələb eləyir
Kosaçev bütün dünyanın İranın nüvə proqramıyla bağlı “sərt və aydın” mesajlar verməyə çağırıb
09-02-2010
Rusiya Dövlət Dumasının xarici əlaqələr komissiyasının rəhbəri Konstantin Kosaçev bütün dünyanın İranın nüvə proqramıyla bağlı “sərt və aydın” mesajlar verməyə çağırıb. Kosev deyib ki, İranın fevralın 7-də açıqladığı uranı daha da zənginləşdirmək planının əvəzində Tehrana qarşı daha sərt və sıx iqtisadi sanskiyalar tətbiq eləmək lazımdır.
Qeyd edək ki, Qərb İranın nüvə proqramına uzun müddət idi ki, qarşı çıxırdı. Ancaq Rusiya rəhbərliyi İrana atom elektrik stansiyası tikməyə yardım edirdi. Buna baxmayaraq, son aylar Rusiya da İrana qarşı daha sərt sanksiyaları dəstəkləyən açıqlamalar verir.