Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə ağır cinayətlərdə ittiham olunan azərbaycanlı kriminal avtoritetin məhkəməsi başlayıb. Kriminal aləmdə “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Rövşən Canıyev ötən ilin dekabrın 3-də Kiyev şəhərində həbs edilib. O, dekabrın 13-də Ukraynadan Azərbaycana ekstradisiya olunub. Canıyev 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Cinayət Məcəlləsinin 94-cü maddəsi (qəsdən adam öldürmə) ilə ittiham edilir. Canıyev Azərbaycanda qanunsuz silah gəzdirmək və qətl kimi ağır cinayətlərə görə axtarışda olub. O, Qafqazın ən nüfuzlu kriminal avtoritetlərindən hesab olunur. Ötən il Ukraynanın miqrasiya xidməti axtarışda olan Canıyevə siyasi sığınacaq verməsi bu ölkədə qalmaqala səbəb olmuşdu.
Həbs edilməmmişdən bir neçə gün əvvəl isə Ukrayna hakimiyyəti Canıyevə siyasi status verilməsi qərarını ləğv edib.
2000-ci ilin iyun ayında o, Bakıda hamının gözü qarşısında atasının qatilini güllələyib. Həbs olunub, ancaq psixi xəstəliyinin olması əsas göstərilərək onu məcburi müalicəyə-yəni dəlixanaya göndəriblər. Burada bir müddət qaldıqdan sonra Caniyev evə buraxılıb və Azərbaycanı tərk edib. Bildirilir ki, münaqişələrin güc yolu ilə həlli Caniyev üçün xarakterikdir. Sankt-Peterburqdakı azərbaycanlı kriminal qruplaşmaların lideri olan “Elçin Yevlaxski” ləqəbli Elçin Əliyevin öldürülməsi də onun adı ilə bağlıdır. “Elçin Yevlaxski” 2003-cü ildə Moskvadakı “Apelsin” boulinq-klubunda öldürülüb. 2004-cü ilin dekabrında onu bu qətlə görə şübhəli şəxs qismində həbs ediblər, ancaq tezliklə Moskvanı tərk etməmək şərti ilə azadlığa buraxılıb.
2006-cı ildə isə Rövşən Moskvada Kutaisi klanının liderləri ilə birlikdə “sxodka” zamanı həbs edilib. Bu zaman o, üzərindəki saxta pasportu təqdim edərək tanınmamağa nail olub və azad edilib. Cəmi bir ay sonra Caniyev ikinci dəfə həbs təhlükəsindən sovuşa bilib. Bu dəfə o, Moskvanın “Lujniki” qapalı idman kompleksinin ərazisindəki klubda “sxodka” zamanı aşkar olunub. Həmin “sxodka”da bu yaxınlarda öldürülən “Yaponçik” ləqəbli əfsanəvi “vor zakon” Vyaçeslav İvankov da iştirak edirmiş. Bu zaman “vor zakon”ların mühafizəçiləri ilə OMON-çular arasında atışma baş verib və “vorlar” aradan çıxa biliblər.
Bütün azərbaycanlı kriminal qruplaşmaları faktiki olaraq onun nəzarətindədir. Onun sərvətlərinin həcmi kifayət qədər böyükdür. Axtarışda olmasına baxmayaraq, Rövşən öz peşə fəaliyyətini dayandırmayıb, “sxodka” larda fəal iştirak edib və tez-tez bu şəhərdən digərinə gedib.
Xaliq Bahadır: "Bu birliklə bağlı fikrimi səsləndirəndən sonra mənə qarşı kampaniya başlayıb. Yüz yerdən üstümə tökülürlər, mənə damğa vururlar. Bizdə demokratik prinsiplər bu cürdür. Alternativ düşüncədən çıxış etmək olmaz. Fürerlər belə deyirlərsə, belə də olmalıdır"