Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

23 Fevral

2017
22:06
1661
11 illik məktəbləri 9 illik etdilər - Şagirdlər 8 km. kənara getməyə məcburdur - VİDEO

Bir kənddə olan 2 məktəbin 2-si də 11 illik tam orta təhsildən, 9 illik natamam orta təhsilə keçir. Uşaqlara isə təhsillərini 8 kilometr aralıda yerləşən başqa məktəbdə davam etdirmək təklif edilir.

Tovuzun Alakol kəndində təhsil alan şagirdlərin valideynləri isə bu haldan narahatdır. 

Tovuz rayon Təhsil Şöbəsindən isə bildirildi ki, məktəblərin 9 illik sistemə keçirilməsi Təhsil Nazirliyinin tətbiq etdiyi şərtlərlə həyata keçirilir. Belə ki, infrasturukturu, müəllim kontingenti həmin şərtlərə uyğun olmayan təhsil ocaqlarında da növbəti ildən 9 illik sistemlə tədris aparılacaq.

Qeyd edək ki, hazıra Alakol kəndində iki tam orta məktəb fəaliyyət göstərir. Bu məktəblərdə ümumilikdə 500-dən çox şagird təhsil alır. (Xezerxeber)

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Şərhler
Şahin Şahlarov tarafından 24-02-2017 10:27:28 Tarihinde yazıldı
11-illiklərin ləğvi nəyə gətirib çıxara bilər?
1)8-km uzaqda olan məktəbə hər hansı bir insanın fiziki baxımdan dərsə gedib çatması mümkünsüzdür.Bu şagir saat neçədə yuxudan durmalıdır,səhər yeməyin yeməlidir ki,9-zun yarısında başlayan dərsə çatsın.Sonrada həmin yolu geri qayıdıb sabahkı dərsə hazırlaşsın.Mümkünsüz bir işdir. 2)Bu süni şəkildə dərsdən yayınmaya səbəb olacaq.Bu uşaqların gələcəyi necə olacaq? savadsız ,oğru,qumarbaz və s. İsmayıllı rayonunda bu daha acınacaqlıdır.Dağ kəndində məktəbi 9-illik edirlər gedib qayıtma yolu 15-km-dən artıqdı.Nəzərə alsaq ki,9ay tədris ilinin 4-5 ayı sərt qış keçir,yollar meşə və dərələrdən keçir.Vəhşi heyvanlara tez-tez rast gəlinir.Bu uşaqları düşünün barı ,onların gələcəyi dövlətin inkişafıdır.Bu kimi xalqa zərər verən islahatları aparmaq olmaz.Təmaülə məndə razıyam.Amma məktəbləri necə gəldi bağlamaq olmaz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru