İrvin Suall Birləşmiş Ştatların Ədliyyə Nazirliyi ilə sıx əlaqələrə malikdir və o, maraqlandığı istənilən şəxs haqqında ABŞ Federal Təhlükəsizlik Bürosundan (FTB) dosye ala bilər
Doğru deyilmi ki, Ser Piterin öncəgörmələri heyrətamiz dərəcədə dəqiq olmuşdur? Bu, son sözünə qədər həqiqətən də belədir. Qeyd etmək lazımdır ki, Ser Piter Vikkers (ser Piter Vikkers-Hollun qaynatası) “Stenford Tədqiqat İnstitutu”nun “İnsan obrazının dəyişdirilməsi” məruzəsi üzərində işləmişdir və Reyqan administrasiyasına göndərilən 3.000 səhifədən ibarət məsləhətlərin həlledicilərinin əksəriyyəti məhz həmin məruzədən götürülmüşdü. Bundan başqa, Ser Piter Vikkers Böyük Britaniyanın Mİ-6 kəşfiyyatının yüksək vəzifəli zabiti olaraq “Miras Fondu”na çoxlu məxfi informasiya ötürə bilərdi. Komitet 300 və NATO-nun üzvü olan Ser Piter Vikkersin Amerikanın inkişaf istiqamətini köklü surətdə dəyişməli olan sosial proqramın hazırlanmasının NATO tərəfindən “Roma Klubu”na tapşırılmasına da aidiyyatı olub. “Roma Klubu” “Tavistok İnsan Münasibətləri İnstitutu”nun göstərişi ilə “Stenford Tədqiqat İnstitutu”na belə bir proqramın yalnız Amerika üçün deyil, Şimali-Atlantika blokunun bütün üzvləri, eləcə də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) bütün üzv-ölkələri üçün hazırlanmasını tapşırmışdı.
Ser Piterin protejesi olan Stüart Batlerin prezident Reyqana ötürdüyü 3.000 səhifədən ibarət “məsləhətlərdə”, heç bir şübhə yoxdur ki, Böyük Britaniya parlamentinin deputatı və Komitet 300-ün üzvü Entoni Vedjvud Bennin bəzi fikirləri də öz əksini tapmışdı. Benn 1980-ci ilin dekabrın 8-də Vaşinqtona toplaşan Sosialist İnternasionalının üzvlərinə bunları demişdi: “Əgər siz Reyqana kredit kollapsının sürətləndirilməsində kömək etsəz, onda Volkerin kredit kollapsı şəraitində qalib gələ bilərsiniz”.
Reyqanın iqtisadi siyasəti şəraitində ssuda-əmanət və bank sahələrinin süqutunun daha da güclənməsi, Batlerin məsləhətlərinin Reyqan administrasiyası tərəfindən qəbul olunduğu və istifadə edildiyi faktını təsdiq edir. Benn “köməklik etsəz” deyəndə, əslində Reyqanın beynini yumaq lazım olduğunu nəzərdə tuturdu. Qeyd etmək lazımdır ki, “Miras Fondu”nun əsasını qoyanlardan biri olan fon Hayek, Amerikanın sənaye industriyasının dağıdılması üzrə “Roma Klubu”nun planlarının həyata keçirilməsi işinə başçılığı öz şagirdi Milton Fridmana həvalə etmişdi. İlk növbədə poladtökmə, eləcə də avtomobil və tikinti sahələrinin kollapsını sürətləndirilmək üçün bu planda Reyqan administrasiyasının siyasətindən istifadə olunmalı idi.
Bundan başqa, ABŞ-ın poladtökmə sənayesinin sarsıdılması vəzifəsi həm də Komitet 300-ün, eyni zamanda da Fransa “Qara Aristokratiyası”nın üzvü olan Etyen d'Avignonun (Etienne D'Avignon) qarşısına qoyulmuşdu. Son on ildə işini itirən minlərlə metallurq və gəmi tərsanəsi işçisinin heç olmasa biri çətin ki, D'Avignon haqqında eşitmiş olsun. Mən “Economic Review” nəşrinin 1981-ci il aprel nömrəsində d'Avignonun planını tam həcmdə dərc etdirmişdim. “Roma Klubu”nun 1980-ci ilin dekabrında Vaşinqtonda keçirilən həmin taleyüklü toplantısında İrandan bir sirrli adam iştirak edirdi. Aydınlaşdırıldı ki, o, ayətullah Xomeyninin elçisi Bəni Sədr olub.
1980-ci il dekabrın 10-da keçirilən konklavda bir nitq mənim diqqətimi xüsusilə cəlb etdi. Əsas etibarilə də ona görə ki, onu Fransua Mitteran – fransız isteblişmenti tərəfindən rədd edilən və hesabdan silinən adam – söyləyirdi. Lakin kəşfiyyatdan olan bir mənbəm bundan bir qədər əvvəl mənə xəbər vermişdi ki, Mitteranın arxivdən çıxarılması, tozunun çırpılması və hakimiyyətə qaytarılması üçün artıq iş gedir – Mitteranın dedikləri məhz buna görə mənim üçün çox maraqlı idi:
“Kapitalist sənaye inkişafı azadlıqla bir araya sığmır. Biz buna son qoymalıyıq. XX və XXI əsrin iqtisadi sistemləri insanı əzmək üçün maşınlardan istifadə edəcək və bu ilk növbədə atom enerjisi sahəsində baş verəcək ki, burada artıq əhəmiyyətli nailiyyətlər qazanılmışdır”.
Mitteranın Yelisey sarayına qayıdışı sosializmin əzəmətli triumfu oldu. Bu hal sübut etdi ki, Komitet 300 hadisələrin gedişini və ardıcıllığını öncədən demək üçün artıq kifayət qədər nüfuz və təsir sahibi, sonra isə onları ya zorla, ya da qarşıya qoyulan vəzifələrə çatmaq üçün tələb oluna bilən başqa vasitələrlə həyata keçirməyə qadir olan bir təşkilata çevrilmişdir. Bu hadisə həm də bunu sübut etdi ki, Komitet istənilən müqaviməti qırmağa qadirdir - hətta Parisdə siyasi hakimiyyəti əlində cəmləşdirən qrup tərəfindən tamamilə rədd edilən Mitteranla bağlı vəziyyətdə də.
1980-ci ilin dekabrında Vaşinqtonda baş tutan görüşdə “müşahidəçi statusunda olan” daha bir qrupun nümayəndəsi qismində Con Qrexem iştirak edirdi - o, həm də “Antidiffamasion Liqa”nın (ADL (Anti-Defamation League) İstintaq Komitəsinin rəhbəri İrvin Suall kimi tanınır. “Antidiffamasion Liqa” birbaşa Böyük Britaniya kəşfiyyatının nəzarəti altındadır və onun üç bölməsinin hamısı, yəni Mİ-6 və JİO tərəfindən idarə olunur. Özünün üfunətli fəndlərinin geniş dəstini o, London İst-Endinin çirkab kanallarından götürmüşdür. Suall bu günə qədər də Böyük Britaniyanın yüksək səviyyəli məxfi idarəsi olan SİS-in, Ceyms Bond ruhunda əməliyyatlarla məşğul olan elit xüsusi bölmənin ştatındadır. ADL-in nə gücünü, nə də onun uzun əllərini düzgün qiymətləndirməməyi məsləhət görməzdim.
İrvin Suall Ser Piter Holl və digər fabiançılarla sıx kontaktda işləyir. Böyük Britaniya kəşfiyyatı onu öz nəzarəti altına, o, hələ İngiltərənin Oksford Universitetinin Ruskir Labour kollecində - bu həmin kommunistmeylli təhsil mərkəzidir ki, bizə Milneri, Rodsu, Börcesi, MakLini və Kim Filbini vermişdir - təhsil alan vaxt almışdı. Oksford və Kembric Universitetləri artıq çoxdandır ki, valideynləri Böyük Britaniyanın ali cəmiyyətinin “qaymağı” hesab edilən elitanın oğlan və qızları üçün təhsil müəssisəsidir. İrvin Suall Oksfordda “Gənc Sosialistlər Liqası”na daxil oldu və tezliklə Böyük Britaniya kəşfiyyatı tərəfindən ələ alındı.
İrvin Suall Birləşmiş Ştatlara göndərilmişdi və o, burada ölkənin ən odioz solbaz ideoloqlarından olan Uolter Lipmanın himayəsi altında olub. Lipman “İndustrial Demokratiya Uğrunda Liqa”nın, həmçinin də “Tələbələr Demokratik Cəmiyyət Uğrunda” təşkilatın əsasını qoymuşdur və onlara rəhbərlik edir. Hər iki təşkilat döyüşkən solçu təmayüllüdür və onların məqsədi – bir tərəfdən sənaye fəhlələri, digər tərəfdən isə, necə deyərlər, “kapitalist sinfi” və müdirlər arasında qarşıdurma yaratmaqdır. Lipmanın bütün Amerikaya bərqərar olan hər iki layihəsi həmişə Komitet 300-ün strukturunun ayrılmaz tərkib hissəsi, Lipmanın özü isə Komitetin ən mühüm üzvlərindən biri olub.
İrvin Suall Birləşmiş Ştatların Ədliyyə Nazirliyi ilə sıx əlaqələrə malikdir və o, maraqlandığı istənilən şəxs haqqında ABŞ Federal Təhlükəsizlik Bürosundan (FTB) dosye ala bilər. Ədliyyə Nazirliyi İrvin Suallın maraqlandığı hər şeyi istənilən anda ona təqdim etmək barədə göstəriş vermişdir. Suallın əsas fəaliyyəti “sağçı təmayüllü istənilən qrup və şəxsləri nəzər dairəsində saxlamağa” yönəlmişdir. ABŞ-ın Dövlət Departamenti özünün böyük təsirə və geniş əhatəyə malik olan kəşfiyyat idarəsini Suallın xidmətlərinə təqdim etmişdir və bu idarənin qapıları onun üçün həmişə açıqdır.
ABŞ Dövlət Departamenti sağların düşərgəsində özlərini “qorxu-hürküsüz antisemit-mübariz” kimi qələmə verən və bütöv bir təbəqə təşkil edən agentlərə malikdir. Bu informatorlar qrupu dörd liderə malikdir ki, onların üçü adi yəhudi-homoseksualistdir. Qrup artıq iyirmi ildir fəaliyyət göstərir, kəskin anti-yəhudi “qəzetlər” nəşr edir və satışda geniş seçimdə anti-semit ədəbiyyata malikdir. Onun əsas şöbələrindən biri Luiziana ştatında yerləşir. Bu qrupda bir yazıçı var ki, xristian dairələrində onun üçün lap ürəkləri gedir. Bütün qrup və onu dəstəkləyən şəxslər ADL-in müdafiəsi altındadır. İrvin Suall ABSCAM-in (Federal Təhlükəsizlik Bürosunun “Rüşvətxorluğun və Korrupsiyanın Aşkarlanması üzrə Məxfi Təhriketmə Əməliyyatları Sistemi”) əməliyyatlarına əsaslı şəkildə daxil edilmişlbh. Bu qrup və hüquq-mühafizə orqanları tərəfindən tez-tez istintaqa köməklik göstərmək və təhriketmə əməliyyatlarını həyata keçirmək üçün cəlb olunub.
Yeni seçilmiş prezident üçün müəyyən edilən kursdan Ronald Reyqanın kənara çıxmaması üçün “Miras Fondu” İrvin Sualla ona “düzəliş vermək” tapşırığını vermişdi - əgər Reyqan kənara çıxmağa başlasa və ya gözlərindən pərdəni atmağa cəhd göstərsəydi, onda Suall bir neçə “xəbərdarlıq atəşi” açmalı idi. İrvin Suall Reyqan administrasiyasında “Miras Fondu”na əl verməyən sağ təmayüllü istənilən müşavirdən yaxa qurtarmağa köməklik edirdi. Reyqan hökümətinin Əmək naziri Rey Donovan belələrinin siyahısına düşdü və ADL-in “çirkin əməliyyatlar şöbəsinin” səyləri ilə əvvəl-axır postundan salındı. İrvin Suallın Donovan haqqında nifrət dolu məktublarını prezidentə çatdıran vasitəçi Ceyms III Beyker idi. Ceyms Beykerin özünün də namizədliyi “Miras Fondu”nun məsləhət gördüyü şəxslər siyahısına daxil edilmişdi.
Daha bir mühüm sui-qəsdçi, Mərkəzi Kəşfiyyat İdarəsindən, necə deyərlər, “düşmən tərəfə keçən” Filipp Eyci idi. O, Komitet 300-ün üzvü olmadığına baxmayaraq, “Beynəlxalq İşlər üzrə Kral İnstitutu”nun (BİKİ) və “Beynəlxalq Münasibətlər üzrə Şura”nın (BMŞ) rəhbərliyi altında Meksikada xüsusi tapşırıqlar üzrə agent kimi fəaliyyət göstərirdi. Məlumat üçün: ABŞ-da baş verən hər şey mütləq “Beynəlxalq İşlər üzrə Kral İnstitutu” tərəfindən sanksiyalaşdırılmalıdır. ABŞ-la Böyük Britaniya arasında, ilk dəfə AÇIQ ŞƏKİLDƏ 1938-ci ildə Uinston Çörçill ilə Franklin D. Ruzvelt arasında bağlanan (buna qədər gizlin müqavilələr çox olmuşdu) müqavilə qüvvədədir. Bu müqavilənin şərtlərinə görə, Birləşmiş Ştatların kəşfiyyat idarələri öz üzərlərinə məxfi məlumatları Böyük Britaniya kəşfiyyatına ötürmək barədə öhdəlik götürürdü.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.