“Roma Klubu” həm də Salvadorda gedən 25 illik müharibənin qızışdırılmasında birbaşa iştirak edib - bu, ABŞ Dövlət Departamentində işləyən Elliot Abrams tərəfindən hazırlanan daha geniş bir planın ayrılmaz tərkib hissəsi idi. Salvador qiyamçılarının, xoşbəxtlikdən, uğursuzluğa düçar olan “son hücumunu” Komitet 300-ün üzvü, Sosialist İnternasionalının lideri və Qərbi Almaniyanın keçmiş kansleri Villi Brandt maliyyələşdirirdı. Komitet 300 Salvadoru Mərkəzi Amerikanı yeni Otuz İllik Müharibə zonasına çevirmək üçün istifadə edirdi. Bu vəzifənin, heç də bəd niyyətli səslənməyən, “And Planı” adı altında yerinə yetirilməsi Kissincerə tapşırılmışdı.
Dövlət sərhədləri sui-qəsdçilərin əməliyyatları üçün maneə təşkil etmir. Məsələn, Villi Brandtın planlaşdırdığı “son hücum” aksiyası, onun o vaxt “Roma Klubu” tərəfindən İspaniyanın baş naziri roluna hazırlanan Felipe Qonsaleslə görüşünün nəticəsində mümkün olmuşdu. Kubada peyda olana qədər məndən və bir neçə həmkarımdan başqa heç kəs Qonsales barədə heç nə bilmirdi. “Roma Klubu” Qonsalesi Salvadorda xüsusi tapşırıqlar üzrə zabit kimi istifadə edirdi və o, general Frankonun ölümündən sonra İspaniyada siyasi hakimiyyətə gələn ilk sosialist oldu.
1980-ci ilin dekabrında Qonsales “Roma Klubu”nun təşkil etdiyi sosialistlərin anti-reyqançı görüşündə iştirak etmək üçün Vaşinqtona gəldi. Qonsalesin Fidel Kastro ilə görüşündə solçu qiyamçı Gilyermo Unqo iştirak edirdi. Gilyermo Unqo Komitet 300-ün bayrağı altında işləyən ən odioz solçu “beyin trestlərindən” biri, Vaşinqtonda yerləşən “Siyasi Tədqiqatlar İnstitutu”nun (STİ) (Institute for Policy Studies (IPS)) himayəsi altında fəaliyyət göstərirdi. Unqonun fəaliyyəti üzərində bilavasitə rəhbərliyi STİ-nin əməkdaşı həyata keçirirdi. Həmin şəxs Kastro ilə görüşmək üçün Vaşinqtondan Havanaya gedərkən müəmmalı aviaqəzada həlak oldu.
Əksəriyyətimiz gözəl bilirik ki, həm solçu, həm də sağçı siyasi istiqamətlərin hamısına eyni adamlar tərəfindənnəzarət olunur. Bu, solçu Gilyermo Unqonun Salvador sağçılarının lideri mərhum Napoleon Duarte ilə çoxdan dostluq etməsi faktını izah edir. Salvador qiyamçılarının “son hücumu” məhz Kubada keçirilən həmin görüşdən sonra baş tutdu.
Cənubi Amerika ilə Birləşmiş Ştatların qütbləşməsi Komitet 300-ün Kissincerə həvalə etdiyi xüsusi tapşırıq idi. Malvin müharibəsi (bu, həm də Folklend müharibəsi adlandırılır) və bunun ardınca Argentina hökümətinin devrilməsi, bunun da arxasınca iqtisadi xaos və siyasi özbaşınalıqlar – bütün bunlar Kissincerin, Komitet 300-ün həlledici üzvlərindən biri olan lord Karrinqtonla birlikdə fəaliyyət göstərən, köməkçiləri tərəfindən planlaşdırılmışdı.
Komitet 300-ün ABŞ-da əsas mərkəzlərindən biri, Koloradoda yerləşən “Aspen Humanitar Tədqiqatlar İnstitutu” da Argentinada baş verən, həmçinin də İran şahının devrilməsi ilə başa çatan hadisələrin planlaşdırılmasına kömək edib. Latın Amerikasının ABŞ üçün vacib əhəmiyyəti yalnız bizim region ölkələri ilə bağladığımız bir çox hərbi müqavilələrlə ölçülmür. Latın Amerikasının əhəmiyyəti həm də ondan irəli gəlir ki, bura Amerika texnologiyaları və ağır maşınqayırma məhsulları üçün potensial olaraq böyük satış bazarıdır və bu bazar zəifləməkdə olan bir çox kompaniyamıza yeni impuls verə və ABŞ-da minlərlə yeni iş yeri yarada bilər. Bunun qarşısı nəyin bahasına olursa-olsun alınmalı idi: hətta buna görə otuz illik müharibə başlamaq lazım gəlsə idi də.
Bu nəhəng potensialın pozitiv prizmadan nəzərdən keçirilməsi əvəzinə Komitet 300 onu özünün ABŞ-da postindustrial sıfır sıviyyəli artım planlarına təhlükəli hədə hesab etdi. Odur ki, Argentinanın timsalında Latın Amerikasının qalan ölkələrinə nümunəvi dərs vermək və onları müstəqilliyin, milli özünüdərkin və suveren bütövlüyün inkişaf etdirilməsi ideyalarından imtina etməyə məcbur etmək üçün təxirəsalınmaz tədbirlər gördü. Latın Amerikasında bir çox ölkələrin sağ qalmaq naminə vəsait əldə etmək üçün yalnız narkotika istehsalına müraciət edə bilməsinin səbəbi də məhz budur. Çox ola bilsin ki, sui-qəsdçilərin bütün bu işdə əsas məqsədi də elə bu olub.
Amerikalılar bütövlükdə Meksikaya yuxarıdan aşağı baxır və Komitet də buna can atır ki, ABŞ əhalisi bu ölkəyə məhz belə münasibət göstərsin. Biz Meksika və Cənubi Amerika haqqında təsəvvürlərimizi bütünlüklə dəyişməliyik. Meksika özü ilə Amerikada istehsal oluna biləcək hər cür məhsul üçün potensial olaraq çox böyük bazar təcəssüm etdirir ki, bunun sayəsində həm amerikalılar, həm də meksikalılar üçün minlərlə iş yeri açıla bilərdi. Sənaye müəssisələrimizin “sərhəddən cənuba doğru” köçürülməsi və yerli fəhlələrə qul maaşının ödənməsi nə bu, nə də o biri ölkənin maraqlarına uyğun deyil. Bunda yalnız “olimpiyaçılar” maraqlıdır.
Meksika öz nüvə texnologiyalarının böyük hissəsini Argentinadan alırdı, lakin Malvin müharibəsi buna son qoydu. İnkişaf edən ölkələrə nüvə texnologiyalarının ixracının dayandırılacağı barədə qərarı “Roma Klubu” hələ 1986-cı ildə vermişdi. Ucuz elektrik enerjisi istehsal edən Atom Elektrik Stansiyalarına malik olan Meksika “latınamerikalı Almaniya” ola bilərdi. Hadisələrin bu cür inkişafı, İsrail üçün nəzərdə tutulan nüvə texnologiyalarından başqa, hər cür nüvə texnologiyasının ixracını 1991-ci il üçün dayandıran sui-qəsdçilər üçün fəlakət olardı.
Komitet 300 Meksikanın feodal kənd təsərrüfatı ölkəsi kimi qalmasını planlaşdırır, çünki bu, Meksika neftini asanlıqla nəzarət altına almağa və onu qarət etməyə imkan verərdi. Stabil və çiçəklənən Meksika yalnız Birləşmiş Ştatlara xeyirli ola bilər. Lakin sui-qəsdçilər məhz bunun qarşısını almaq istəyir və buna görə onlar onilliklərdir ki, Meksikaya qarşı müxtəlif insinuasiyalar həyata keçirir, şər-böhtan yayır və birbaşa iqtisadi müharibə aparırlar. Keçmiş prezident Lopes Potilio hakimiyyətə gələnə və bankları milliləşdirənə qədər Meksika hər gün 200 milyon dollar itirirdi. Bunu Komitet 300-ün Uoll Stritin bank və broker evlərində əyləşən nümayəndələri təşkil edirdi.
Əgər ABŞ-a siyasətbazlar yox, dövlətçiliyin qədrini bilən adamlar rəhbərlik etsəydi, biz birgə fəaliyyət göstərə və Vahid Dünya Hökümətinin – Yeni Dünya Nizamının Meksikanın əvvəlki aciz vəziyyətə qaytarılması ilə bağlı planlarının qarşısını ala bilərdik. Əgər biz “Roma Klubu”nun Meksika ilə bağlı planlarını alt-üst edə bilsəydik, bu Komitet 300 üçün şok olardı və o bundan belə tezliklə özünə gələ bilməzdi. “İllüminatlar”ın varisləri yalnız Meksika üçün deyil, həm də ABŞ üçün ciddi təhlükə təşkil edir. Biz Meksikada vətənpərvər qüvvələrlə ümumi dil taparaq ABŞ-da elə bir qüdrətli qüvvəyə çevrilə bilərdik ki, onunla hesablaşmamaq artıq qeyri-mümkün olardı. Lakin bunun üçün güclü liderlər lazimdir ki, hazırda bizdə məhz liderlik çatışmır.
Komitet 300 öz nəzarəti altında olan təşkilatlar vasitəsilə Reyqanın prezidentliyinin nəticələrini heçə endirə bilmişdi. “Miras Fondu”ndan (“The Heritage Foundation”) olan Stüart Batler bu haqda belə demişdi: “Sağçılar 1980-ci ildə qələbə qazandıqlarını düşünürdülər, lakin gerçəklikdə onlar məğlub oldular”. Batler bunu, Reyqan administrasiyasında bütün postların “Miras Fondu”nun təqdimatı ilə “Fabian Cəmiyyəti” tərəfindən təyin edilən adamlar tərəfindən tutulduğunu anlayan sağçıların düşdükləri situasiya ilə bağlı deyirdi. Daha sonra Batler bildirirdi ki, “Miras Fondu” Birləşmiş Ştatlara solçu radikal prinsipləri sırımaq üçün sağçıların ideyalarından istifadə edəcək. Bütün bunlar ABŞ-ın əsas fabianisti və “Miras Fondu”nda bir nömrəli adam olan Ser Piter Vikkers-Hollun prezident seçkilərindən əvvəlki bir il ərzində açıq müzakirə etdiyi padikal ideyalar idi.
Mühafizəkar “beyin trestinə” rəhbərlik etməsinə baxmayaraq Ser Piter Vikkers-Holl fəal fabianist olaraq qalırdı. Silah istehsal edən müəssisələri olan Böyük Britaniynın oliqarxik Vikkerslər ailəsinin üzvü kimi, Ser Piter nüfuz və hakimiyyətə malik idi. Vikkerslər ailəsi Birinci Dünya Müharibəsində hər iki tərəfə, eləcə də Hitler Almaniyada hakimiyyətə gələn dövrdə ona da silah satırdı. Ser Piter Vikkers-Holl üçün rəsmi “örtük” (burada və aşağıda “örtük”: əsl fəaliyyəti ört-basdır edən formal vəzifə - Y.Ə.) “Kaliforniya Universiteti” nəzdində olan “Şəhər və Regional İnkişaf İnstitutu”dur. O, Böyük Britaniya leyboristlərinin lideri və Komitet 300-ün üzvü Entoni Vedjvud Bennin uzun müddət ərzində səlahiyyətli nümayəndəsi olub.
Vikkers və Benn – bu şəxslərin hər ikisi beyinlərin yuyulması üzrə dünyanın əsas idarəsi olan “Tavistok İnsan Münasibətləri İnstitutu” ilə sıx əlaqələrə malikdir. Tavistokda keçdiyi hazırlığını Vikkers öz nitqlərində məharətlə istifadə edir. Aşağıdakı nümunəni nəzərdən keçirməyi təklif edirəm:
“İki Amerika vardır. Biri – bu, ağır maşınqayırmaya əsaslanan XIX əsrin cəmiyyətidir. Digəri – köhnə Amerikanın qalıqları əsasında qurulan və böyüməkdə olan postindustrial cəmiyyətdir. Növbəti onillikdə məhz bu iki dünya arasındakı münasibətlərdə yaranacaq böhran sosial və iqtisadi fəlakətlər meydana çıxacaq. Bu iki dünya bir-biri ilə dərin ziddiyyət vəziyyətindədir, onlar birgə yaşaya bilmir. Postindustrial dünya əvvəl-axır digərini yer üzərindən siləcək”. Xatırladım ki, bu nitq 1981-ci ildə edilib və biz indi iqtisadiyyatımızın və sənayemizin vəziyyətinə nəzər salanda Ser Piterin öncəgörmələrinin nə dərəcədə dəqiq olduğunu görə bilərik. İnsanlar məndən 1991-ci ildə başlanan iqtisadi enmənin hələ nə qədər davam edəcəyini soruşanda onlara Ser Piterin dediklərini xatırladıram və öz rəyimi də əlavə edirəm ki, bu enmə 1995-1996-cı illərdən tez dayanmayacaq, özü də ölkəmiz 1960-cı və 1970-ci illərdən tanıdığımız həmin Amerika artıq olmayacaq. Həmin Amerika artıq ölüb.
Ser Piter bu nitqini edəndən dərhal sonra mən onu öz informasya bülletenimdə dərc elədim. Bu, peyğəmbərcəsinə edilən nitq idi. Lakin məsələ ondadır ki, Amerikanın gələcəyini öncədən söyləmək üçün Komitet 300-ün və onun icraedici orqanı olan “Roma Klubu”nun artıq tərtib edilmiş planlarına əsaslanmaq da kifayət edərdi. Ser Piter evfemistik üslublu nitqində nə haqda danışırdı? Bizim adi dilə çevirəndə bu o deməkdir ki. köhnə amerikan həyat tərzi, bizim həqiqi və bütün cəmiyyətin etibarını qazanan konstitusion respublika üsul-idarəmiz Yeni Dünya Nizamı ilə əvəzlənməlidir. Bizim tanıdığımız Amerika ya özü getməli, ya da məhv edilməlidir.
Artıq dediyim kimi, Komitet 300-ün üzvləri tez-tez hamının gözü önündə fəaliyyət göstərir. Bu mənada Ser Piter Vikkers-Holl da istisna təşkil etmir. Onun haradan gəldiyini hamının başa düşməsi üçün o, nitqini belə tamamlamışdı:
“Mən çox xoşbəxtəm ki, “Miras Fondu” və digər bu kimi qruplarla işləmişəm. Həqiqi fabianlar “Yeni sağçıların” köməyi ilə özlərinin bəzi radikal ideyalarını hərəkətə gətirə biləcəklərinə ümid edirlər. Təbliğat 10 ildən çoxdur ki, Böyük Britaniya cəmiyyətininbeyninə sənayenin onu uçuruma dartdığını yeridir. Bütün bunlar doğrudur, lakin bu təbliğatın son nəticəsi əhalinin mənəvi ruh düşgünlüyü oldu”. (Tavistokdan olan “yeni elm” üzrə mütəxəssislər məhz elə bunu planlaşdırırdı.)
“İqtisadi vəziyyət pisləşdikcə Birləşmiş Ştatlarda da bu hal baş verəcək. Bu (mənəvi ruh düşgünlüyü), insanları ağır seçimi etməyə məcbur etmək üçün zəruridir. Əgər gələcək planlaşdırılmasa və yaxud seçicilər tərəqqiyə maneçilik törətsələr, onda elə bir ictimai xaos yaranacaq ki, onun miqyaslarını indi təsəvvür etmək belə qeyri-mümkündür. Şəhər Amerikasının perspektivləri çox kədərlidir. Hələ ki, iri şəhərlərlə nə isə etmək imkanı var, şəhər əhalisi ixtisar olunacaq və sənaye bazası sarsılacaq. Nəticədə bu, sosial konvulsiyalar meydana çıxaracaq”.
Ser Piter medium, dahi maq, yoxsa uğurlu rəml atan adi falabaxan-şarlatan idi? Əlbəttə ki, yox. Ser Piter, sadəcə olaraq, Komitet 300 və “Roma Klubu”nun Birləşmiş Ştatların bir vaxtlar qüdrətli sənayesinin tədricən öldürülməsini nəzərdə tutan planını səsləndirmişdi. Ser Piterin öz öncəgörməsini söylədiyi vaxtdan ötən on il geriyə nəzər salanda kimsə Komitet 300-ün ABŞ sənayesinin dağıdılması üzrə planlarının reallığa çevrildiyinə şübhə edə bilərmi?
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.