10 min metr yüksəklikdə sərnişin təyyarəsinin ön pəncərəsi çatlayır və yanır-VİDEO

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 May

2018
11:44
7460
10 min metr yüksəklikdə sərnişin təyyarəsinin ön pəncərəsi çatlayır və yanır-VİDEO

Çinin Sichuan Airlines aviaxəttinin təyyarəsinin pilotları 10 min metr hündürlükdə kabinədə ön pəncərənin qırılması və dekompresiya ilə üzləşiblər. FaktXeber.com-un Rosiyskaya qazetaya istinadla verdiyi məlumata görə, hadisə ilə bağlı video sisial şəbəkələrdə paylaşılıb.

Bildirilir ki, ikinci pilotu hava axını sorub, lakin təhlükəsizlik kəmərini bağlamış hava gəmisinin kapitanı onu xidas edə bilib.

46 saniyəyə yaxın çəkilən rolikdə ön şüşənin çatlaması və yanması aydın görünür.

«Birdən birə şüşə çatladı və qulaqbatırıcı səs gəldi. Sonra isə hava axınının pilotu pəncərəyə tərəf sovurduğunu gördüm», - deyə kapitan Lyu Çuntsyan bildirib.

Nəticədə az qala kabinədən uçan ikinci pilot yüngül travma və üz kəsikləri ilə canını qurtara bilib. Hava gəmisinin  kapitanı isə bel hissədən zədə alıb. 119 sərnişindən heç kim  zərər görməyib. Uçuş zamanı pilotlar  təyyarəni sabitlədirə və Çendu aeroportunda məcburi eniş edə biliblər.

Məqalədə : təyyarə qəza 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2018 21:43



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com