Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2019
09:32
651
10 min dollardan artıq problemli kreditlərə kompensasiya veriləcəkmi?

10 min dollardan yuxarı problemli kreditlərin ödənilməsi gündəmdə deyil. FaktXeber.com-un Fins.az-a istinadla verdiyi məlumata görə, Mərkəzi Bankın sədr müavini Alim Quliyev jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, hazırda sözügedən məsələ Mərkəzi Bankda müzakirə mövzusu deyil və təmsil etdiyi qurumda bununla bağlı hər hansı informasiya yoxdur.

Qeyd edək ki, dünən millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a açıqlamasında 10 min dollardan artıq kreditlərin məsələsinə də baxılacağını bildirmişdi.

“Məndə olan məlumata görə, hüquqi şəxslərin devalvasiya ərəfəsində götürdüyü 10 min dollardan yuxarı kreditlər üçün güzəşt tətbiq edilməsi üçün iş gedir”, - deyə o, vurğulamışdı.

Deputat qeyd etmişdi ki, hazırda əsas diqqət ölkə rəhbərinin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı verdiyi fərmanın icrasının vaxtında yerinə yetirilməsinə yönəlib:

“Fiziki şəxslərin 10 min dollara qədər olan kreditlərilə bağlı kompensasiya məsələsi tam olaraq yekunlaşmalıdır. Hazırda banklar da tam surətdə prosesin yekunlaşmasına çalışırlar. Hesab edirəm ki, bu istiqamətə ciddi problemlər yoxdur”.

Parlamentarinin sözlərinə görə, fiziki şəxslərin problemli kreditlər məsələsi tam yekunlaşdıqdan sonra hüquqi şəxslərin problemli kreditləri məsələsinə baxılacaq.

Bir müddət əvvəl Mərkəzi Bankın sədri Elman Rüstəmov isə “10 min dollardan yuxarı götürülən kreditlərə güzəşt edilməsi nəzərdə tutulmayıb. Bu kreditləri sahibkarlar öz biznes planları üçün götürüblər və onlar risklərin görə cavabdehdirlər” açıqlamasını vermişdi.

Məqalədə : problemli kredit 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

17 yaşlı oğlanda 18 sm quyruq aşkarlanıb - FOTO

21

May
14:23
AİLƏ, SAĞLAMLIQ
62

Motosiklet oğrusu tutuldu - FOTO

21

May
14:16
HÜQUQ,HADİSƏ
71

Sabahın hava proqnozu açıqlanıb

21

May
13:44
ÖLKƏ
49

"Qalatasaray" ilk transferini etdi

21

May
13:00
İDMAN
63

Babək prospektində yol çökdü - FOTO

21

May
12:51
HÜQUQ,HADİSƏ
766

Bu rüsumlar artırılır - SİYAHI

21

May
12:41
HÜQUQ,HADİSƏ
73

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
42
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 14:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru