Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Oktyabr

2013
15:01
«Hərbi salam»ın tarixi barədə bilmədiklərimiz
Orduda qəbul olunan hərbi salamlaşmanın – sağ əli furajkanın günlüyünə qoymaq ənəsinin tarixi çox əsr əvvələrə gedir

«Hərbi salam» nədir? FaktXəbər olaraq Sizlərə bu davranışın tarixi barədə məlumat verməyə qərara aldıq.

İlk öncə qeyd edim ki, bu, hərbçinin rütbəcə özündən böyüklə rastlaşanda hörmətinin nişanəsidir.

Ümumiyyətlə, salamlaşma bütün xalqlarda olub. Lakin bu hörmət ifadəsi müxtəlifliyi ilə fərqlənib: təzim, diz üstə çökmək, əllərlə müxtəlif hərəkətlər…

Orduda qəbul olunan hərbi salamlaşmanın – sağ əli furajkanın günlüyünə qoymaq ənəsinin tarixi isə çox  əsr əvvələrə gedir. Hansı ki, o dövrlərdə cəngavərlər yaraq-əsləhəni tam komplektdə daşıyırdılar. İki cəngavər qarşılaşdıqda qarşılarındakı şəxsin dost, ya düşmən olduğunu anlamaq üçün onlar dəbilqəni, yaxud da dəbilqənin qalxanını qaldırmalı olurdular.

Bu hərəkət artıq yaraq-əsləh gəzdirmə dövrü sona çatdıqda belə, döyüşə hazırlaşan iki şəxsin qaşılaşması zamanı təkrar olurdu. Beləliklə, hərbi salamlaşmanın əsası qoyuldu.

Başındakı geyimi (dəbilqə, furajkanı) çıxarma əvəzinə əli alına tərəf qaldırmanın da öz tarixi var. Əsgərlər tüfəngi barıtla doldurarkən əlləri hisə batmış  olurdu. Baş geyimini də çirkli əllərlə çıxartmaq onu yararsız hala gətirmək demək idi.

Ona görə də XVIII əsrin sonlarında hərbi salamlaşma sağ əli furjkanın günlüyünə qoymaq hərəkəti ilə məhdudlaşdırıldı.

Bu davranış günümüzdə hörmət və ehtiram simvoluna çevrilib, hərbçilər bir-birlərini, ya özündən yüksək rütbədə olan birini və ya qarşısındakı qadını salamlayarkən bu cür hərəkət etməyə başladılar.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Şərhlər
Kamran Aliyev tərəfindən 28-10-2013 09:13:57 tarixində yazıldı
«Hərbi salam»ın tarixi barədə bilmədiklərimiz
camahat o qədər əsəb içində yaşayır ki, hamı getdiycə vəhşiləşir...,vəhşiləşib-mədəniyyətsizəşən cəmiyyətdə nə SALAM-ƏRKAN ola bilər axı..???
Isyanci Ismayilov tərəfindən 28-10-2013 09:15:06 tarixində yazıldı
«Hərbi salam»ın tarixi barədə bilmədiklərimiz
zennimce Turk generalidi yani ondan basqa Ramil Usubov ele bil hi gitler Zakir Hesenov ise mugamat oxuyur...yani bizim generallar ya herbi salami vere bilmirler ya da erinirler?o ki qaldi meqaleye herbi salam ozunden rutbece boyuk gorduyunde deyil herbi qulluqcular bir birini gordukde herbi salam vermeye mecburdular!!! ve ya ozunde rutbece boyuk reise yaxinlasdiqda 3 addim sira adiimi ile adimlayib herbi salam vermek lazimdir!!! yanindan otub kecdikde ise sira adimlari ile herbi salam vererek kecmelidirler...qaldiki qadinlari gorduklde herbici herbi salam verir mence bu cefengiyatdir...!!!
Aydin Mamedov tərəfindən 28-10-2013 09:16:03 tarixində yazıldı
«Hərbi salam»ın tarixi barədə bilmədiklərimiz
Amma bəzi məsələlərə heç toxunulmayıb. Məsələn, Sovet ordusunda baş örtüyü olmayan adamın çest verməsi qadağan idi. Yadımdadı, bir dəfə Reyqan -ABŞ prezidenti, gəlmişdi SSRİ-yə. Bizim generallardan biri ona çest verdi. Reyqan da əvəzində ona çest verdi, halbuki baş örtüyü yox idi, biz gülməkdən ölürdük. Amma indi başa düşdük ki, ABŞ-da baş örüyü olmadan da çest vermək olardi, necə ki indi Azərbaycanda da belədir.
Nicat Abbasov tərəfindən 28-10-2013 09:18:20 tarixində yazıldı
«Hərbi salam»ın tarixi barədə bilmədiklərimiz
sol cinahda olan herbici herbi salam qaydalarini duzgun emel etmisdi. qaldikii o birileri haa seffff!!!
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 23:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com