Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

15 Mart

2017
14:54
1188
`Xruşşovka`ların yerində bu binalar tikiləcək - FOTO

“Tikinti şirkətlərinə bütün məsələlərdə dövlət orqanları tərəfindən problemlərin həllində kömək ediləcək”.

Bunu Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində Bakının 1- ci mikrorayon ərazisində olan “xruşşovka”ların sökülməsi ilə bağlı brifinqdə çıxış edən Agentliyin rəisi müavini Elxan Əsədov deyib.

O, bildirib ki, bunun üçün sakinlər yeni evlərə köçürülənə qədər kirayə evlərdə məskunlaşacaq və onlara bunun üçün kompensasiya veriləcək:

“Tikiləcək mənzillərin sahəsi ən azı 10 faiz artıq olmalıdır. Kommersiya tipli yaşayış sahələrinin də kirayə haqqı qarşılanacaq. İstəsələr, birdəfəlik satıb yaşayış sahəsinə iddiaçı da olmaya bilərlər. Bunlar müqavilələrdə əks olunacaq. Həmin rayonda 2 uşaq bağçası, 1 məktəb, uşaq yaradıcılıq mərkəzi kimi sosial obyektlər var. Həmin obyektlər FHN-lə birgə digər aidiyyatı qurumlarla müşahidələr aparılacaq. Lazım gələrsə rekonstruksiya olunacaq. Yox, mümkün olmasa sökülüb yerində yenisi tikiləcək. İlk növbədə şəhərsalma planı hazırlanmalı və maliyyə imkanları tapılmalıdır. Sonra layihələndirmə işləri başlanılacaq. Ərazi boşaldıqdan sonra isə layihələr tenderə çıxarılacaq. Son olaraq isə məskunlaşma mərhələsi olacaq. Ərazi 29 hektardan ibarətdir. İlkin araşdırmaya görə 1729 ailə köçürüləcək. Yeni tikiləcək binaların sayı 30-u keçməyəcək”. (Qafqazinfo)

Brifinqdə “xruşşovka”ların yerində tikiləcək binaların fotoları da nümayiş etdirilib:

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru