Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

07 Mart

2017
14:44
794
"TŞ-nın imtahanlarla bağlı müəyyənləşdirdiyi qiymətlər bu ilə aiddir"

"Tarif Şurasının imtahanlarla bağlı müəyyənləşdirdiyi qiymətlər bu ilə aiddir".

Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, Tarif Şurasında hər hansı dəyişikliklər olduğu halda bu qiymətlərə yenidən baxılması ilə bağlı qərar qəbul edilib: "Yəni ya imtahanın daha da mürəkkəb olması qiymətin artırılmasına təsir göstərə bilər, ya da hansısa qiymətlər dəyişə bilər".

M.Abbaszada qeyd edib ki, qiymətlərin tənzimlənməsi daimi prosesdir: "Tarif Şurası bunu izləyəcək".

Sədr həmçinin bildirib ki, bəzi şəxslər qəbul imtahanını oyuncağa çevirir: "Elə şəxslər var ki, hər il imtahana yazılır, amma iştirak etmir. Bəzən imtahana gəlirlər, bəzənsə gəlmirlər. İmtahana əyləncə kimi baxan, müəsuliyyətsiz yanaşan insanlar da var. Ümüd edirik ki, qəbul edilən qərarlar məsuliyyətsizliyi aradan götürəcək". (Report)

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru