Tarix:31-12-2016 12:30
"Star GSM"in sahibi "MTN işi"ndə zərəçəkmiş kimi tanınıb
Şərh yaz

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri general-mayor Sübahir Qurbanov, general-mayor Teymur Quliyev, general-mayor Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə "Star GSM" mağazasının sahibi Bəxtiyar Musayev zərərçəkmiş şəxs qismində tanınıb.

İttiham aktında qeyd edilib ki, qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan F.Əliyevin təşəbbüsü və göstərişi ilə həmin mağazada satıcı işləyən Mantaşov Gəray Nizami oğlu və Qafarov Tural Ağacəfər oğlunun guya qanunsuz yolla ölkəyə mobil telefon cihazlarını gətirən dəstənin üzvləri kimi göstərilib.

Sabiq MTN əməkdaşı həmin şəxslərin adlarına müxtəlif tarixlərdə dəstə üzvləri kimi göstərərək, tapşırıqları şəxsən imzalayıb. F.Əliyev sənədlər rəhbərlik tərəfindən təsdiq olunduqdan sonra T.Quliyev, F.Atayev və başqaları vasitəsilə G.Mantaşovla TQafarovun mobil telefon nömrələri üzrə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə dinləmə və statistik məlumatları toplayıb.

Təqsirləndirilən şəxslər şərti alıcı qismində cəlb olunan Quliyeva Vüsalə Aprel qızının adından formal olaraq 07.11.2014-cü il tarixdə T.Qafarov və G.Mantaşovun dövlət rüsumu ödənilmədən, qaçaqmalçılıqla ölkəyə gətirilən “iPhone 6” markalı telefon cihazlarının satışının həyata keçirilməsi barədə ərizə tərtib ediblər. Həmin ərizə əsasında guya aparılan yoxlama çərçivəsində F.Əliyevin rəhbərliyi altında dəstə üzvləri N.Alıyev, Z.Məmmədov və digərləri qanunsuz əməliyyat keçirib.
Belə ki, G.Mantaşovla T.Qafarov Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən çay fabrikinin yaxınlığında V.Quliyevaya avtomaşında 50 ədəd “iPhone 6” markalı telefon cihazlarını satarkən, qəflətən basqına uğrayıblar. Bu zaman MTN əməkdaşları 30 min 500 manat dəyərində “Star GSM” mağazaına məxsus və alıcıya çatdırılması üçün T.Qafarovun idarə etdiyi avtomaşında olan 50 ədəd “iPhone 6” markalı telefon cihazlarını ələ keçiriblər. Daha sonra onlar avtomaşınlara əyləşdirilib, 28 May küçəsində yerləşən “Star GSM” mağazasına gətirilib. Sabiq MTN əməkdaşları mağazanın anbar və başqa saxlanc yerlərinə qanunsuz girməklə axtarış aparıb, sənədləşmə aparmadan xəzinədə olan 70 min ABŞ dolları, 30 min manat məbləğində külli miqdarda nağd pul vəsaitlərini, anbarda olan planşetləri quldurluqla götürüblər.
Bundan başqa, mağazanın xəzinədarı Elnur Abbasov zorla nazirilyə gətirilib, hərəkət sərbəstliklərini məhdudlaşdırmaqla xidməti otaqlarda saxlanılıb. E.Abbasovla G.Mantaşov 2 sutkadan artıq, T.Qafarov isə 1 sutka ərzində qanunsuz azadlıqdan məhrum edilib.
Keçmiş MTN əməkdaşları “Star GSM” mağazasının sahibi B.Musayevə işçiləri barədə cinayət işi başlamaqla həbs edəcəkləri, fiziki zorakılıqlara məruz qoyacaqları ilə hədələyib, 100 min manat məbləğində pul istəyib. B.Musayev onlarla razılaşdıqdan sonra işçiləri buraxılıb və mağazadan götürülən pullar və planşetlər qaytarılıb. 11 noyabr 2014-cü il tarixdə 78 min 440 manata bərabər 100 min ABŞ dolları və 22 min manat olmaqla, cəmi 100 min 440 manat məbləğində pul vəsaiti B.Musayev tanışı Rəşadət İsmayılova verib və sonuncu həmin pulları onlara çatdırılıb. Buna baxmayaraq, sabiq MTN əməkdaşları 30 min 500 manat dəyərində 50 ədəd “ iPhone 6” markalı mobil telefon cihazlarını qaytarmayaraq özlərində saxlayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : T
Teqlər :
"Star - GSM"in - sahibi - "MTN - işi"ndə - zərəçəkmiş - kimi - tanınıb -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:31-12-2016 12:30 - Oxundu: 202
Hüquq
21-01-2017 21:10 MTN zabiti vəzifəli şəxslərin kartlarından pulları necə oğurlayıb?
21-01-2017 20:24 "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanunda dəyişiklik
20-01-2017 12:07 Azərbaycan Baş Prokurorluğu: Mixail Qorbaçov istintaqdan yayınıb
19-01-2017 16:33 İlahiyyatçı Zülfüqar Mikayılov və Elman Ağayevin məhkəməsi başlayıb
19-01-2017 15:25 MTN əməkdaşı adı ilə 3,4 milyon dolları ələ keçirənlərə hökm oxunub
19-01-2017 11:38 MTN generallarının məhkəməsi başladı
19-01-2017 11:05 Məhkəmə Əli İnsanovun apelyasiya şikayətini təmin etmədi
19-01-2017 10:34 Rabitədə nəğd ödəniş ləğv olunur - Sərəncam imzalanıb
18-01-2017 15:06 Mövsüm Səmədovun Qobustana göndərilməsi üçün hazırlıq gedir - VƏKİL
18-01-2017 12:56 Hər ay qovşaqlardan 5 min manat alınırmış - “RABİTƏ İŞİ”
17-01-2017 15:20 Zülfüqar Mikayılov da ağır maddələrlə ittiham olunur - SİYAHI
17-01-2017 15:01 Natiq Kərimovun məhkəməsinin vaxtı məlum oldu
17-01-2017 11:16 N!DA-çı fəal 30 sutka həbs edilib
16-01-2017 20:53 "Nardaran işi" məhkəməsindən VİDEOREPORTAJ
16-01-2017 16:49 Beynəlxalq Bankın 6 filialı haqda cinayət işi açılıb
16-01-2017 16:29 58 nəfər terrorçu Azərbaycan vətəndaşlığından çıxarılıb
16-01-2017 16:19 Yol polisindən piyadalara qarşı sərt addım – Əmlaka həbs qoyulacaq
16-01-2017 15:17 Çovdarov: "Günah prokurorlardadır ki, belə şərəfsizləri..."
16-01-2017 15:17 Məhkəmə polis avtomobilini çəkiclə əzən şəxsin vəsatətini təmin edib - VİDEO
16-01-2017 14:04 "Nida"çı gəncə hökm oxundu
16-01-2017 10:41 Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi hesabat verdi
14-01-2017 10:32 Ötən il Bakıda 2 qətl, 9 quldurluq cinayəti bağlı qalıb
13-01-2017 16:43 "Nardaran işi"ndə təqsirləndirilən digər qrupun məhkəməsi başlayır
13-01-2017 16:06 Şahid: “Qovşağa ayrılan pulların 90 faizi “Aztelekom”a qaytarılıb” - “RABİTƏ İŞİ”
13-01-2017 14:08 Uşaq oğurlayan şəxsə hökm oxundu - 12 il həbs
13-01-2017 10:02 Novella Cəfəroğlu siyasi məhbus siyahısı ilə bağlı birgə iş təklif etdi
12-01-2017 20:43 Vergi amnistisiyası haqqında qanun təsdiq edildi
12-01-2017 20:03 DİN Mehman Hüseynova görə Baş Prokurorluq qarşısında vəsatət qaldırıb
12-01-2017 19:19 Ali Məhkəmədə maaşlar artırıldı
12-01-2017 16:24 Postsovet ölkələri vizadan imtina edir, bəs Azərbaycan?
12-01-2017 15:03 Natiq Kərimovun işi yenidən icraata verilib
12-01-2017 14:53 Ömürlük həbsdə yatan "Sadval"çının məhkəməsi keçirilib
12-01-2017 12:43 Azərbaycanda soyqırımı cinayəti ilə bağlı yeni qanun hazırlanır
11-01-2017 21:33 Xəstələrin də hüquqları müdafiə olunacaq
11-01-2017 21:09 Məhkəmədə Akif Çovdarovla zərərçəkən arasında mübahisə yaranıb
11-01-2017 19:11 ''Nardaran işi''ndə təqsirləndirilənlər son söz söyləyiblər
11-01-2017 14:15 Dövlət idarəsindəki "paket maaş" məhkəmədə ifşa edildi
11-01-2017 13:20 "Nardaran işi" vəkillərin çıxışı ilə davam edib
11-01-2017 10:04 Uşaqlarla bağlı yeni qanun layihəsi hazırlandı
10-01-2017 20:20 Əli İnsanovun həbs müddəti uzadılıb
10-01-2017 16:34 Mehman Hüseynov 200 manat cərimələnib sərbəst buraxıldı - VİDEO
10-01-2017 15:31 Ədliyyə Nazirliyinin əməkdaşları Qubada icra məmurlarından izahat alıb
10-01-2017 14:15 Natiq Kərimovun məhkəməsində hakim özünə etiraz edib
10-01-2017 11:33 Mehman Hüseynova "polisə tabe olmama" maddəsi irəli sürülüb - YENİLƏNİB
10-01-2017 11:17 DİN Mehman Hüseynovla bağlı araşdırmaya başladı
10-01-2017 11:07 Ombudsman Aparatı: Nuray Bayramzadə təhsildən yayınıb
10-01-2017 09:13 Yeni məzarlıqlarda qiymət necə olacaq?
09-01-2017 16:42 "Nardaran işi" barədə məhkəmə bu gün başa çata bilər - VİDEO
09-01-2017 16:27 Baş Prokurorluq: ANS rəhbərliyi barəsində cinayət işi yoxdur
09-01-2017 16:07 "Polis mənə "rədd ol" dediyi üçün maşını əzdim"
09-01-2017 12:48 Akif Çovdarovun məhkəməsində Tağı Əhmədov danışacaq
08-01-2017 22:27 Misir Mərdanovun xalası oğlunu seçkiqabağı silahlı qiyamda ititham ediblər
08-01-2017 00:23 Rüfət Səfərov 9 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb
08-01-2017 00:16 İsrailli blogeri Azərbaycana təhvil verə bilərlər
07-01-2017 20:35 Ədliyyə Nazirliyi Quba Məhkəməsindəki hadisə ilə bağlı məlumat yayıb
07-01-2017 18:19 AİP lideri Mövsüm Səmədovun həbsindən 6 il keçir
07-01-2017 12:38 Nuraya görə tərəflər Bakıya çağırıldı - FOTO
07-01-2017 12:10 Vəkil: 10 yaşlı uşağın fikri nəzərə alınmalıdır, amma...
06-01-2017 16:18 Əli Kərimlinin köməkçisi həbsdə qaldı
06-01-2017 14:12 Şirkət sahibinin "MTN" generalına verdiyi pulun məbləği məlum olub

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

Tramp Ağ Evə gedərkən nümayişçilər limuzin yandırdılar - Video
21-01-2017 11:00
Bill Klinton yenə kiməsə baxırdı: Hillarinin qısqanma səhnəsi - Video
21-01-2017 13:40
Azərbaycanda minimum əməkhaqqı artırılacaq - Sərəncam imzalanıb
21-01-2017 14:37
Siqaret çəkənlər bu xəbərə sevinməyəcək
21-01-2017 11:11
Əmək pensiyalarının sığorta hissəsi artırılıb
21-01-2017 13:46
Məktəb avtobusu qəzaya düşüb: 7 uşaq diri-diri yanıb - VİDEO
21-01-2017 12:50
Köhnə çörəklər xəmirə qatılmaq üçün zavoda qaytarılır? - ARAŞDIRMA
21-01-2017 14:33
Şaxta olacaq, yollar buz bağlayacaq
21-01-2017 12:38
Cahangir Əsgərovun qərarı ilə bağlı qalmaqal böyüyür
21-01-2017 11:15
Türkmən polisi siqaret növbəsində duranları sorğu-sual edir
21-01-2017 10:10
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Uşaq Aləmi, Ailə
Sağlamlıq Sual-Cavab
Foto Tarix
Video Texnologiya
Mədəniyət Reportaj
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az