Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 Mart

2017
12:20
378
"Siyasi çağırışlar TANAP-ın icrasına təsir etmir"

"Azərbaycan qazını Avropaya nəql edəcək TANAP layihəsinin tikintisi planlaşdırılandan daha tez davam edir". Bunu "Al Jazeera" telekanalına müsahibəsində TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib.

TANAP-ın davamı olan TAP kəməri ilə Avropaya təbii qazın 2020-ci ildə nəql olunacağını bildirən S.Düzyol qeyd edib ki, siyasi çağırışlar layihələrin icrasına təsir etmir.

"TANAP Bakıdan İtaliyaya qədər uzanan 3500 kilometrlik qaz borusu zəncirinin mərkəzi halqasıdır. Biz bunu Cənub Qaz Dəhlizi adlandırırıq və bu layihənin ümumi dəyəri 40 mlrd. dollar təşkil edir. Layihənin uğurlu olması onun komponentlərinin uğurlu olmasına bağlıdır. TANAP mərkəzi halqa olduğu üçün kritik əhəmiyyətə malikdir. TANAP qarşıdakı illərdə Türkiyənin qaza olan tələbatını ödəyəcək. Eyni zamanda layihə uzunmüddətli perspektivdə Azərbaycanın strateji maraqlarına xidmət edəcək. Ümumilikdə, çətinliklər olsa da, inşaat işləri sürətlə davam edir", - deyə S.Düzyol bildirib.(apa)

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru