Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

02 Mart

2017
08:29
1029
`Real` büdrədi, `Barselona` qol olub yağdı - VİDEO

İspaniya La Liqasının 25-ci həftəsi unudulmayacaq oyunlara səhnə olub.

FaktXəbər-in məlumatına görə, "Real Madrid" Santyaqo Bernabeu stadionunda hesabı açsa da, sonradan 3-1 uduzduğu "Las Palmas" oyunda məğlubiyyətdən güclə yaxasını qurtardı. 

47-ci dəqiqədə Qarit Beylin qırmızı vərəqə alması ilə azlıqda qalan "Real Madrid"in qollarını 8-ci dəqiqədə İsko, penaltidən 86 və 89-cu dəqiqədə Kristiano Ronaldo vurub.

Qonaq komandanın qollarını isə 10-cu dəqiqədə Tana, 56-cı dəqiqədə penaltidən Viera və 59-da Kevin-Prins Boatenq vurub.

Liqada son 3 qarşılaşmasında 5 xal itirən və xalını 56 edən "Real Madrid" 1 oyun az keçirməklə 57 xalı olan "Barselona"dan sonra ikinci yerdə qərarlaşıb.

Dünən gecənin ən maraqlı oyunlarından biri də Barselonada keçirilib. "Sportinq Gijonu" qonaq edən "Barselona" rəqib komandanın qapısına qol olub yağıb. 

Qarşılaşmaya sürətlə başlayan "Barselona" 9-cu dəqiqədə Lionel Messinin qoluyla 1-0 önə keçib. Bu qoldan iki dəqiqə sonra "Sportina Gijon" Xuan Rodrigezin öz qapısına vurduğu qolla hesabı 2-0 edib. Qonaq komanda 21-ci dəqiqədə Karlos Kastronun qolu ilə hesab arasındakı fərqi azaldıb: 2-1. Katalonlar isə bundan 6 dəqiqə sonra Luis Suarezin qolu ilə hesab arasındakı fərqi yenidən 2 topa çatdırıb: 3-1.

İkinci hissədə Suarezin yerinə oyuna daxil edilən Pako Alkaser 49-ccu dəqiqədə hesabı 4-1 edib. Daha sonra Neymarın 65-ci dəqiqədə cərimə zərbəsindən vurduğu top fərqi bir qədər də artırıb. İvan Rakitiçin 87-ci dəqiqədə vurduğu qol isə qarşılaşmada son olub: 6-1

Digər tərəfdən "Barselona"nın Argentinalı ulduzu Messi bu mövsüm La Liqadaki 21-ci qolunu vurmaqla bombardirlər siyahısındakı yerini qoruyub. Bundan əlavə Messi bir çempionatda sağ və sol ayaqla oynayan, 11 metrlik cərimə zərbəsindən, sərbəst cərimə zərbəsindən və başla qol vuran ilk futbolçu olub.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru