Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Mart

2019
15:42
4303
`Qarabağın Ermənistan ərazisi kimi tanınmasının vaxtı çatıb!` - QORXUDACAQ AÇIQLAMA

Bu başlıq hər bir Azərbaycan vətəndaşı üçün çox qorxuludur. Çünki beynəlxalq hüququ tanımayan, daha doğrusu tapdalayan ABŞ prezidenti Donald Tramp 50 ildir Suriyanın İsrail tərəfindən işğal edilmiş Qolan yüksəklikləri barədə, "Qolan təpələrini İsrailin ərazisi kimi tanımağın vaxt çatıb", - deyərək, bir qərara imza atdı. Erməni diasporasının güclü olduğu ABŞ-dan bir müddət sonra Qarabağ barədə də oxşar açıqlamanın səsləndirilməməsinə heç kəs təminat verə bilməz.

Xatırladaq ki, Qolan təpələri Suriyaya məxsusdur və 1967-ci ildə İsrailin ərəb dövlətləri ilə apardığı “6 günlük müharibə” zamanı İsrail ordusu tərəfindən işğal olunub. BMT Təhlükəsizlik Şurasının qətnaməsində sözügedən ərazinin işğal edildiyi, rəsmi Tel-Əvivdən qoşunlarını bu ərazidən çıxarılması tələb olunur. Ancaq İsrail həmin əraziləri tərk etməyib, beynəlxalq hüququn əksinə gedərək Qolan yüksəkliklərində yaşayış məntəqələri inşa edib, 20 minə yaxın insan buraya köçürülüb.

Mövzu haqda Faktxeber.com-a açıqlama verən politoloq Zərdüşt Əlizadə yarım əsr öncə baş vermiş İsrail-Ərəb münaqişəsinin tarixinə toxunaraq bu müddət ərzində tərəflərin inkişaf etmə səviyyəsini müqayisə etdi: “Ərəb liderlər daxili çəkişmələrdə olublar, fərsiz siyasət yeridiblər, xalqlarını əziblər, şəxsi hakimiyyətlərini möhkəmləndirmək barədə düşünüblər. Amma öz ərazilərinin işğaldan azad etməkdən ötrü heç bir iş görməyiblər. Əvəzində İsrail öz əhalisinin sayını artırıb, nüvə silahı əldə edib, tank və aviasiya sənayesini inkişaf etdirib, kənd təsərrüfatını, səhiyyəsini yüksək standartlara qaldırıb. Təbii ki, İsrailin inkişafında ABŞ-ın böyük rolu olub. Və nəhayət, Amerikada hakimiyyət başına gələn, yəhudi lobbisi, İsrail dövləti ilə sıx bağlı olan Donlad Tramp ilk öncə Qüdsü İsrailin paytaxtı kimi tanıdı, indi isə Qolan təpələrini İsrailin suveren ərazi kimi tanıdığını elan etdi”.

Siyasi şərhçi bu addımın beynəlxalq hüququn sərt təftişi edilməsi adlandıraraq, baş verəcək özbaşınalığın dayandırılmasının kiminsə gücü daxilində olmadığını vurğuladı: “Ərəb dövlətlərinin acınacaqlı durumuna yuxarıda toxundum, Avropa dövlətlərinə gəlincə - doğrudur onların iqtisadi gücü var, lakin siyasi baxımdan Avropa birliyinin hakimiyyətləri asılı hakimiyyətlərdir, siyasi cırtdanlardır - onların öz iradələri yoxdur və bu qərar onlar tərəfindən dəstəklənərək növbəti dəfə beynəlxalq hüququn tapdanılması baş verəcək”.

Politoloq mövcud vəziyyətin işğal edilmiş Qarabağ torpaqları ilə münaqişəsini aparaq belə dedi: “30 ildir Qarabağı itirmişik. Daha 20 il keçəndən sonra növbəti Amerika prezidentlərindən biri deyəcək ki, "Qarabağın Ermənistan ərazisi kimi tanınmasının vaxtı çatıb". Belə bir oxşarlıq təbii ki, var. Qalanını siz özünüz nəticə çıxarın...”

Məsələ ilə bağlı açıqlama verən digər politoloq Rövşən Əhmədli də hesab edir ki, Donald Tramp Amerikada hakimiyyət başına gəldiyi gündən beynəlxalq hüququn ziddinə addımlar atır: “Baxmayaraq ki, ötən illərdə də beynəlxalq hüququn işlək haldan çıxarılması davam etdirilirdi, amma ABŞ-ın o zamankı rəhbərliyi bütün məsələlərə demokratiya donu geyindirərək, “kim güclüdür, o da haqlıdır” prinsipini gizlətməyə çalışırdılar. Tramp isə gəlişi ilə verdiyi qərarların beynəlxalq hüquqa zidd olub-olmamasına baxmayaraq, Amerikanın qərarının ədalət kimi qəbul olunmasını prinsip kimi hamıya qəbul etdirməyə başladı.  Belə çıxır ki, güclülər tərəfindən dəstəklənən istənilən ölkə digər dövlətin ərazisini işğal edə bilər. Nəzərə alsaq ki, İkinci Dünya müharibəsindən sonra əsassız və hüquqazidd olaraq yaradılan İsrail adlı dövlət var və bu gün digər dövlətlərin ərazisinə müdaxilə edir. Bu, heç bir hüquq və beynəlxalq qaydalara məhəl qoyulmamasının növbəti nümunəsidir”.

Siyasi şərhçi mövcud situasiyanın işğal edilmiş Qarabağ torpaqları ətrafında da pis nümunəyə çevriləcəyinə toxundu: “Amerika sabah hesab etsə ki, Qarabağ Azərbaycana yox, digər dövlətə məxsusdur, bütün beynəlxalq öhdəliklərin, normaların əleyhinə gedərək işğalın qanuniləşdirilməsi istiqamətində addımlar ata bilər. Hesab edirik ki, Azərbaycan hökuməti də Trampın dünyanın qarşı-qarşıya qoyduğu qərarla razılaşmayacaq və buna etirazınl bildirəcək. Dünya ictimaiyyəti də öz növbəsində sakit oturmamalı, beynəlxalq hüquq və beynəlxalq münasibətlər müstəvisində məsələnin həllinə çalışmalıdır.”

Məqalədə : Qarabağ Qüds 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Magistraturaya müsabiqənin nəticələri elan edilib

19

İyun
20:04
ELM / TƏHSİL
1778

Azərbaycan əhalisinin sayı açıqlanıb

19

İyun
18:32
ÖLKƏ
2082

Baş Polis İdarəsinin əməkdaşı özünü asdı

19

İyun
16:08
HÜQUQ,HADİSƏ
233
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2019 09:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru