Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

17 Aprel

2017
10:16
721
`Qarabağ`ın Çempionlar Liqasında 14 potensial rəqibi müəyyənləşib

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək komanda müəyyənləşib. Ardıcıl 4-cü dəfə qızıl medal qazanan “Qarabağ” qitənin ən nüfuzlu klub turnirində mübarizə aparacaq.

Premyer Liqanın sonuna 2 tur qalmış 1-ci yeri təmin edən “ağ-qaralar” Çempionlar Liqasına əvvəlki illərdə olduğu kimi, yenə II təsnifat mərhələsindən başlayacaq. Bu raunda qitənin 34 çempionu qatılacaq.

Bu klublardan beşi I təsnifat mərhələsindən gələcək. Belə ki, ən zəif 10 çempion hamıdan əvvəl mübarizəyə başlayacaq. Digər 29 klub isə meydana II təsnifat mərhələsindən çıxacaq.

“Qarabağ” bu 29 komanda arasında yer alıb. Burada daha 11 komanda bəllidi. Qurban Qurbanovun komandası mərhələyə vəsiqə qazanan 12-ci iştirakçıdı. “Qarabağ” reytinqinə görə bu 12 komanda arasında üçüncüdü. Buna əsasən təmsilçimizin səpələnmişlər arasında olacağı daha inandırıcıdı. Ağdamlılar yalnız “Seltik”lə BATE-dən geri qalır.

Lakin səbətlər hələ tam dəqiqləşmədiyindən 11 komandanın hər biri potensial rəqib sayılır. I təsnifat mərhələsinin 10 iştirakçısından bəlli olan 3 komanda da potensial rəqib hesab edilir. Bu üzdən çempionumuzun 14 mümkün rəqibinin olduğunu demək olar.

Çempionlar Liqası

II təsnifat mərhələsi

“Seltik” (Şotlandiya) – 42,785

BATE (Belarus) – 29,475

“Qarabağ” (Azərbaycan) – 18,050

“Malmö” (İsveç) – 16,945

“Astana” (Qazaxıstan) – 16,800

“Rusenborq” (Norveç) – 12,665

“Hafnarfyordur” (İslandiya) – 6,175

“Jalgiris” (Litva) – 5,825

“Dandalk” (İrlandiya) – 5,815

“Mariehamn” (Finlandiya) – 2,030

“Spartak” (Latviya) – 1,975

“Samtredia” (Gürcüstan) – 1,525

I təsnifat mərhələsi

TNS (Uels) – 5,775

“Vikinqur” (Farer adaları) – 2,950

“İnfonet” (Estoniya) – 1,300

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru