Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

11 İyul

2017
09:13
265
`Qarabağ` Çempionlar Liqasında mübarizəyə başlayır

“Qarabağ” bu gün yeni avrokubok mövsümünə start verəcək. Azərbaycan çempionu ardıcıl 4-cü dəfə qatıldığı Çempionlar Liqasında ilk görüşünə çıxacaq.

Qitənin ən nüfuzlu turnirinə II təsnifat mərhələsindən başlayacaq Ağdam təmsilçisi “Samtredia” ilə üz-üzə gələcək. Gürcüstan çempionu ilə ilk qarşılaşma Bakıda baş tutacaq. Təmsilçimiz evdə keçirəcəyi ilk oyunda gələn həftə baş tutacaq cavab qarşılaşması üçün sərfəli nəticə əldə etməyə iddialıdı. Ardıcıl 3 dəfə Avropa Liqasının qrupunda çıxış etmiş “Qarabağ” bu dəfə hədəfini daha da böyüdüb. Komanda nüfuzlu Çempionlar Liqasında eyni uğuru təkrarlamaq niyyətindədi. Bu yolda ilk səddi adlamaq üçün “Samtredia” mübarizədən kənarlaşdırılmalıdır.

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

11 iyul

21:00. “Qarabağ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan)

Baş hakim: Mete Kalkavan (Türkiyə)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

Məqalədə : Qarabağ Futbol Klulubu 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru