Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

08 Sentyabr

2017
22:54
978
`Qalatasaray` 3 yeni oyunçu ilə müqavilə imzaladı - FOTO

Qalatasarayın rəsmi razılaşma təmin etdiyi yeni transferləri Jason Denayer, İasmin Latovlevici və Sedric Karrasso media nümayəndələri qarşısına çıxıb. FaktXəbər-in məlumatına görə, Əli Sami Yen İdman Kompleksində keçirilən toplantıya klubun prezidenti Dursun Özbək də qatılıb.

İsamin Latovlevici: ""Qalatasaray"a gəlməmişdən əvvəl baş məşqçimiz Tüdor ilə görüşüm olmayıb. Bura gəlməyim tamamilə onun qərarıdır. Tüdor məni "Karabükspor"dan tanıyırdı. Oradakı oynuma görə də məni "Qalatasaray" aldı. Haci və Popesku mübahisəsiz "Qalatasaray"da oynayan ən yaxşı rumun oyunçular olub. Mən də onlarla eyni şəkildə, eyni performansı göstərməyi arzulayıram. Nailiyyətimin sirri hər zaman çox çalışmağımdır. Qorxmuram, hər gün daha artıq məşq etməyə çalışıram. Burada da çox çalışmalıyam və sistemə sürətli uyğunlaşmağım lazımdır".

Jason Denayer: "Əvvəla, tərəfdarlarımıza təşəkkür etmək istəyirəm. Komandada hər şeyin ən yaxşısını etməyə çalışırıq. Burada özümü yaxşı hiss etməyimin səbəbi, mənə burada yaxşı münasibət göstərilməsidir. "Qalatasaray" azarkeşləri ilə aramızda bir qaynaşma olduğunu düşünürəm. Solda oynamaq mənim seçimim deyil, amma məşqçimiz belə bir qərar veribsə, niyə də olmasın? Tüdorun fərqli stili var, oyunu ona görə idarə etməyi sevir. Təzyiqli bir sistemi var".

Sedrik Karrasso: "Türkiyədən təklif almışam, lakin təfərrüatlara varmayacam. Bu gün mühüm olan şey mənim "Qalatasaray"da olmağım və belə bir komandada oynamağımdır. Uzun illik karyeram var. 18 il ərzində peşəkar kimi oynadım. "Qalatasaray"a gəlişim isə 3-4 illik bir marafonun nəticəsidir. Burada əsgər kimiyəm, daxil olduğum qrupla mübarizə aparacağam. Komanda hara getsə, mən də onlarla olacağam".

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-11-2017 11:43

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru