Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

27 Fevral

2017
11:21
2691
`Oskar`da sürprizlər: Trampa ismarıc, İran filmi, müsəlman qalib…-VİDEO

FaktXəbər-in verdiyi məlumata görə, kinematoqrafiya sahəsi üzrə ən prestijli mükafat sayılan “Oskar” mükafatının təqdimetmə mərasimi başa çatıb.  Lakin say etibari ilə 89-cü sayılan mərasimdə bir sıra sürprizlər olub.

Aparıcı  Cimmi  Kimmelin mərasimdə iştirak etməyən prezident Donald Trampa ismarıcları yəqin ki, uzun müddət müzakirə mövzusu olacaq.  Bunların arasında ən yaddaqalanı isə Tvitter səhifəsində mesajıdır.

"Mərasim iki saatdan artıqdır ki, davam edir. Donald Tramp isə bizim hqqımızda yazmayıb. Mən onun barəsində narahatam…", - deyə Kimmel əlində smartfonu tutaraq deyib.

Kameralar  onun telefonunda təsviri böyük ekrana yönəldiblər və aparıcı ABŞ prezidentinə müraciətlə yazıb: "Sən hələ yatmayıbsan?"

Kimmelin Trampa ünvanlanan zarafatları bütün gecə davam edib.

Tədbirdə digər gözlənilməz hadisə, rejissor Əsgər Fərhadinin "The Salesman" adlı ekran əsərinin  "Xarici dildə ən yaxşı film" nominasiyasının qalibi olmasına baxmayaraq, mükafatını almaması oldu: iranlı rejissor ABŞ prezidenti Donald Trampın miqrasiya qanununu sərtləşdirilməsi barədə fərmanına etiraz olaraq mükafatlandırma mərasiminə gəlməyib.

«Dolby» kinoteatrında baş tutan tədbirdə digər sürpriz  "ən yaxşı ikinci plan aktyoru" nominasiyasında mükafatı müsəlman aktyorun qazanması oldu. Maherşala Ali bu nominasiyada mükafat qazanan ilk müsəlman aktyordur. 

Ancaq Oskar mükafatının təqdim etmə mərasimində ən yaddaqalan və qalmaqallı hadisəsi yəqin ki, baş mükafatçının adının səhv elan edilməsi oldu. Belə ki, aktyorlar Fey Danauey və Uorren Bittinin  təqdim etdiyi «İlin ən yaxşı filmi» mükafatını ilk öncə «La-La -Lend» filminə təqdim edirlər. Lakin az sonra səhv olduğunu deyərək, üzrxahlıq edirlər və  əsl qalibin «Ay işığı» filmi olduğunu bildirirlər. 

Laureatların siyahısını təqdim edirik:

Ən yaxşı aktyor - Keysi Afflek (Manchester by the Sea);

Ən yaxşı aktrisa- Emma Stoun (La La Land);

Ən yaxşı film - " Moonlight"

Ən yaxşı animasiya filmi  - “Zootopia”

İkinci planda ən yaxşı aktrisa - Viola Devis (Fences);

İkinci planda ən yaxşı aktyor - Maherşala Ali (Moonlight);

Ən yaxşı rejissor - Demyen Şazell (La La Land);

Ən yaxşı operator - Laynes Sandqren (La La Land);

Ən yaxşı orijinal  ssenari - Kennet Lonerqan (Manchester by the Sea);

Ən yaxşı adaptasiya olunmuş film - Barri Cenkins (Moonlight);

Xarici dildə ən yaxşı film - "The Salesman" 

Ən yaxşı sənədli film - "O.J.: Made in America";

Ən yaxşı qısametrajlı animasiya filmi - "Piper";

Ən yaxşı vizual effektlər - "The Jungle Book";

Ən yaxşı montaj - "Hacksaw Ridge";

Ən yaxşı kostyum - "Fantastic Beasts and Where to Find Them";

Ən yaxşı qrim və saç düzümü - "Suicide Squad";

Ən yaxşı musiqi - "La-La Lend" (City of Stars);

Ən yaxşı səs montajı - "Arrival";

Ən yaxşı səs məlumatı  - "Hacksaw Ridge".

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-11-2017 15:21

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru