Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

11 Sentyabr

2017
14:43
926
`Neftçi`nin yeni baş məşqçisi Tərlan Əhmədov oldu

“Neftçi” komandasının yeni baş məşqçisi müəyyənləşib.

“Ağ-qaralar” Tərlan Əhmədova həvalə olunub.

46 yaşlı mütəxəssislə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, məşqçilik karyerasına 2009-cu ildə başlayan T.Əhmədov “Xəzər Lənkəran”da Ağasəlim Mircavadovun, “Neftçi”də isə Böyükağa Hacıyevin köməkçisi olub. Daha sonra isə Bəxtiyar Musayev və Kamal Quliyevlə birgə “ağ-qaralar”a rəhbərlik edib. 2013-cü il oktyabrın 24-də “Neftçi”dən ayrılan mütəxəssis, 2014-2017-ci illərdə AZAL-a (“Şüvəlan”) başçılıq edib. “Təyyarəçilər” ötən mövsümün yekununa əsasən, I diviziona düşdükdən sonra postunu tərk edib. 

Məqalədə : Tərlan Əhmədov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-11-2017 11:41

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru