Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

06 Aprel

2017
15:45
290
"Neftçi"nin baş məşqçi Elxan Abdullayevlə müqaviləni uzadacaq

"Neftçi" futbol klubu əsas komandanın məşqçilər korpusu ilə bağlı bəyanat yayıb. “Report”un paytaxt təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, rəsmi açıqlamada Elxan Abdullayevin rəhbərlik etdiyi məşqçilər korupusu ilə müqavilə müddətinin daha 1 il uzadılacağı vurğulanır.

Bəyanatda deyilir: 2016/2017-ci illər mövsümünün qış fasiləsində "Neftçi”nin heyətində köklü dəyişikliklər edildi. Komandanın çempionatın ikinci hissəsindəki çıxışı klub rəhbərliyi tərəfindən qənaətbəxş qiymətləndirilir. Bu səbəbdən, cari mövsümün sonunda əsas komandanın məşqçilər korpusu ilə müqavilə müddəti daha 1 il uzadılacaq. "Neftçi” klubu olaraq əsas komandanın məşqçilər korpusunun fəaliyyətinə tam dəstək verir və onlara güvəndiyimizi bildiririk".

"Neftçi" klubu son günlər müəyyən qüvvələr tərəfindən ictimaiyyətdə yanlış fikir formalaşdırmaq cəhdlərinin aşkar hiss olunduğunu da diqqətə çatdırıb: "Bəzi KİV-də komandanın qələbə qazandığı oyunlara belə kölgə salacaq açıqlamalara rast gəlinir. Bununla belə, biz aparıcı media qurumlarının fəaliyyətini müsbət qiymətləndirir və onların məsələlərə obyektiv yanaşacağına inanırıq. Təəssüf ki, mediada ictimai rəyi yanlış yönləndirmək cəhdləri bəzi azarkeş qruplarının fəaliyyətində də sezilir. Komanda qələbə qazanarkən hər cür dəstəyə hazır olduqlarını bildirən bir qrup azarkeş ilk məğlubiyyətdə komanda üzvlərininin ünvanına təhqiramiz şüarlar səsləndirirlər. "Neftçi” klubu olaraq bəyan edirik ki, stadionlarda hər növ zorakılığa və təhqirə qarşıyıq. Bununla belə inanırıq ki, "Neftçi”nin sadiq azarkeşləri hər zaman komandanın yanındadırlar və sona kimi öz dəstəyini əsirgəməyəcəklər".

Klub bir daha bildirib ki, bütün cəhdlər klubun bir məqsəd uğrunda daha sıx birləşməsinə səbəb olub: "Bəyan edirik ki, klubun daxili müvazinətini pozmağa çalışan qüvvələrin cəhdləri uğursuzluqla nəticələnəcək".

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru