Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

18 Mart

2017
22:03
522
"Neftçi" 80 illik yubileyində qalib gəldi

 Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

"Neftçi" komandası 80 illik yubileyinə təsadüf edən görüşdə "İnter"lə qarşılaşıb.

"Bakcell Arena"da təşkil olunmuş matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 42-ci dəqiqədə Huqo Barqas açıb. 70-ci dəqiqədə Rəhman Hacıyev növbəti qolu vurub. Bundan cəmi 1 dəqiqə sonra isə Nizami Hacıyev fərqi azaldıb.

Bu qələbə sayəsində xallarını 26-ya çatdıran "Neftçi" 5-ci pilləyə yüksəlib. "İnter" isə 39 xalla 3-cü pillədə qalıb.

Qeyd edək ki, turun açılış oyununda "Kəpəz" "Sumqayıt"ı yenib - 1:0. Tura martın 19-da keçiriləcək AZAL - "Qəbələ" və "Zirə" - "Qarabağ" matçları ilə yekun vurulacaq. (Report)

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru