Tarix:03-01-2017 18:17
"MTN işi"nin daha bir şok cinayət dosyesi
"Sərbəst buraxılmağım üçün 1 milyon manat və 580.000 dollarlıq brilyant daşlar tələb olundu"
Şərh yaz
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan əməkdaşlarının iş adamı Mübariz Paşayevi qanunsuz olaraq azadlıqdan məhrum edib, hədə-qorxu tətbiqi ilə ondan külli miqdarda pul aldıqları məlum olub.
 
APA-nın əldə etdiyi məlumata görə, zərərçəkmiş şəxs Paşayev Mübariz Qurban oğlu istintaq zamanı ifadələrində göstərib ki, 2008-ci ildən zərgərlik məmulatlarının alveri ilə məşğul olmağa başlayıb, Hindistandan və Dubaydan brilyant daş-qaş alıb Bakıya gətirərək, Bakı Mərkəzi və “Moskva” univermaqlarında icarəyə götürdüyü ticarət məntəqələrində satışını həyata keçirib.
 
Bildirib ki, 2010-cu ilin təxminən noyabr ayında növbəti dəfə daş-qaş almaq üçün təyyarə ilə Dubaya gedib oradan 580.000 ABŞ dolları dəyərində brilyant daş-qaşlar alıb: “Həmin daşlar 2000 karat olmaqla əksəriyyəti xırda və ucuz, orta şəffaflı daşlar idilər. Bu işlə mütəmadi məşğul olduğum üçün hindistanlıların firmasında etibar qazanmışdım. Bu səbəbdən də 580.000 ABŞ dolları dəyərində brilyant daş-qaşları nisyə vermişdilər ki, Bakıda satdırıb pullarını hissə-hissə ödəyim. Dubayda olan zaman orada yaşayan zərgərlik fəaliyyəti ilə məşğul olan Araz adlı şəxslə görüşərək, 580.000 ABŞ dolları dəyərində brilyantın rüsumunu ödəməyə gücüm çatmadığını bildirdim.
 
Araz təklif etdi ki, brilyantların bir hissəsini özüm aparım, qalan hissəsinin də Bakıya çatdıracaq. Dubaydan aldığım brilyant daş-qaşın 300.000 ABŞ dolları dəyərində olan hissəsini özümlə götürüb təyyarə ilə Bakıya gəldim.
 
Təxminən 20 gün keçəndən sonra axşam saat 23 radələrində özünü MTN əməkdaşı Fizuli Əliyev kimi təqdim edən şəxs mənə  zəng edərək şam yeməyi yemək adı ilə küçəyə çağırdı. Həmin vaxt mən, Mərdəkanda, bağda idim. Fizulinin danışığından başa düşdüm ki, mənim yerimi dəqiq bilir. Belə ki, tam əminliklə mənə “biz trasda səni gözləyirik” dedi. Əvvəllər Fizuli Əliyevlə heç vaxt rastlaşmamışdım, lakin barəsində “zərgərlərin qan içəni” kimi eşitmişdim. Zəngdən sonra qaynım Nəzərov Ramin Şamil oğlu ilə birlikdə yola çıxdım. Yolda evimin qarşısında ağ rəngli “Toyota Prado” markalı avtomaşının dayandığını, avtomaşına yaxınlaşdıqda isə içərisində iki nəfər tanımadığı şəxsi gördüm. Sükan arxasında oturan, özünü MTN əməkdaşı Fizuli Əliyev kimi təqdim etdi və şam yeməyi yemək üçün onlarla birlikdə getməyimizi istədi. Yolda gedərkən Fizuli Dubay şəhərində fəaliyyət göstərən Arazın işçisi Azər adlı şəxsi başqa bir şəxslə birlikdə brilyant gətirəndə metronun «Koroğlu» stansiyasının qarşısında tutduqlarını və ona görə də MTN-nə getmək lazım olduğunu bildirdi.
 
MTN-nə çatandan sonra qaynım Ramini geri qaytardılar. Mənim özümü isə girişdən sağda olan komendaturanın 2-ci mərtəbəsinə qaldırdılar. Orada Dubaydakı tanışım Arazın işçisi Azəri də gördüm. Məlum oldu ki, Dubaydan alıb Bakıya gətirmək üçün Araza verdiyim brilyantları Araz Azərə verib. O da Fizuli Əliyevin işçiləri tərəfindən saxlananda, həmin brilyantların mənə məxsus olduğunu bildirib. Fizuli, Natiq və Fizulinin adını bilmədiyim digər işçiləri izahatımı alanda məni həbslə hədələyirdilər, lakin məni döymədilər. Mən də onlara hər şeyi olduğu kimi danışdım. Həmin gecə məni komendaturanın bir otağında, Azəri isə başqa otaqda saxladılar. Gecə həyəcandan və qorxudan yata bilmədim, kabinetə saldıqlarından yatmağa şərait də olmadı. Ertəsi gün saat 09-10 radələrində Fizuli mənimlə təklikdə olan zaman sərbəst buraxılmağım üçün 1.000.000 ( bir milyon)  manat pul və Dubaydan gətirdiyi 580.000 ABŞ dollar dəyərində olan brilyant daşlarını verməyimi tələb etdi. Əks təqdirdə həbs olunacağımı və malların müsadirə ediləcəyini bildirdi. Ona bu məbləğdə maddi imkanım olmadığını söylədim, malları borca götürdüyümü dedim. Fizuli Əliyev otaqdan çıxıb rəhbərliklə məsləhətləşəcəyini deyərək bir müddət keçəndən sonra yenidən qayıtdı. Hər dəfə qayıdıb gələndə ona istədiyi məbləğdə pulu və brilyantları verməyimi deyirdi. Uzun müddət ərzində alver söhbəti apardıqdan sonra Dubaydan gətirilən 280.000 ABŞ dolları dəyərində brilyantın müsadirə olunması, özüm tərəfindən qanuni yolla gətirilmiş 300.000 ABŞ dolları dəyərində brilyantların da onlara verəcəyim təqdirdə buraxılacağım barədə razılaşdıq. Bundan sonra Fizuligil mənim işlədiyim, Kukla Teatrı ilə üzbəüz olan Bakı Univermağındakı ticarət obyektinə getdilər. Həmin ticarət obyektinin seyfində saxlanılan 300.000 ABŞ dolları dəyərində olan brilyantları Fizuliyə və yanında olmuş Natiq Alıyevə verdim. Həmin vaxt Fizuli kiminləsə telefonla danışdı və danışandan sonra seyfdən götürdüyü brilyantları geri qaytarıb çıxıb getdilər”.
 
Zərərçəkmiş Mübariz Paşayev bildirib ki, brilyantları Fizuli və Natiq əlindən aldıqları üçün pula ehtiyacı olduğundan sonrakı dövrdə adına olan, Nərimanov rayonu ərazisindəki 4 otaqlı evi 200.000 ABŞ dollarına tanımadığı müştəriyə satıb.
 
Məlumata görə, istintaq orqanına Dövlət Təhlükəsizliyi Xidmətinin göndərilən məktubda mütəşəkkil cinayətkar dəstənin üzvləri tərəfindən qanuni əsas olmadan MTN-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə 4-cü Baş idarəsinin 1-ci idarəsinin sabiq rəisi Fizuli Əliyevin təşəbbüsü ilə Paşayev Mübariz Qurban oğlu barəsində 2010-cu ildə siqnal cinayət işi açılıb, lakin heç bir nəticə əldə olunmadığı üçün 18 dekabr 2010-cu ildə işin icraatı dayandırılıb.
Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza :
Teqlər :
"MTN - işi"nin - daha - bir - şok - cinayət - dosyesi -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:03-01-2017 18:17 - Oxundu: 432
Hüquq
27-03-2017 11:31 Ramil Usubov polis rəislərinin yerdəyişməsini həyata keçirib
21-03-2017 12:23 Rusiyalı diplomatlar Aleksandr Lapşinlə həbsxanada görüşüblər
18-03-2017 10:10 Bakıda məscidi partlatmaq istəyən PKK-çının şikayətinə baxılıb
17-03-2017 22:43 Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sabiq komandanına hökm oxunub
17-03-2017 12:48 “Galenvagen”lə iki nəfəri öldürən məmur oğlu azadlığa çıxdı
17-03-2017 12:21 Bakıda doğulmuş "İŞİD"çi qadın axtarışa verildi - FOTO
17-03-2017 12:10 Narkotiklərlə Mübarizə İdarəsinin keçmiş əməliyyatçısı narkotiklə tutulub
17-03-2017 11:24 14 nəfər qadın əfv sərəncamı ilə azadlığa çıxdı
17-03-2017 09:11 Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb
16-03-2017 18:33 Azərbaycan prezidenti növbəti əfv sərəncamı imzalayıb -SİYAHI
16-03-2017 15:44 Hacı İlqar İbrahimoğlu azad edilib
16-03-2017 15:08 Moskvada "Novaya Qazeta"nın jurnalisti həbs olundu
16-03-2017 14:03 Məhkəmə Şeyx Sərdar Hacıhəsənlini həbsdə saxladı
15-03-2017 15:50 Prokurorluq: Xırdalanda beş nəfərin ölümü ilə bağlı cinayət işi başlanıb
15-03-2017 14:17 "Regnum" informasiya agentliyinin şef-redaktoru saxlanılıb
15-03-2017 12:55 Taleh Bağırzadənin müavini saxlanıldı
15-03-2017 11:03 "Amnesty International" hicaba qoyulan qadağanı pislədi
14-03-2017 21:18 Azərbaycanda və Avropada nə qədər məhbus var? – HESABAT
14-03-2017 15:48 Beyləqandakı səs-küylü cinayətə görə iki nəfər həbs edildi
14-03-2017 12:30 Fikrət Qocanın oğlu öldürülüb - RƏSMİ
14-03-2017 12:13 Ali Məhkəmə keçmiş "OMON"çulara "YOX" dedi
14-03-2017 11:55 Avropa təşkilatı Şeyx Sərdarın həbsi ilə bağlı hesabat hazırlayıb
13-03-2017 16:44 "Nardaran işi"ndə təqsirləndirilən şəxslərin yaxınları zaldan çıxarılıb
11-03-2017 10:23 Donald Tramp 46 prokuroru işdən çıxarır
10-03-2017 14:05 Nazir müavini: “Wikipedianın milli qanunla tənzimlənməsi real deyil”
10-03-2017 13:50 Sərdar Hacıhəsənlinin növbəti məhkəməsi martın 16-da keçiriləcək
09-03-2017 22:33 Mövsüm Səmədov namaz qıldığına görə karsa salınıb
09-03-2017 16:06 DİN 5 tələbənin ölümü ilə bağlı rəsmi məlumat yayıb
09-03-2017 15:40 Ziya Məmmədovun müşavirinin Akif Çovdarova pul verdiyi açıqlanıb
09-03-2017 14:11 Keçmiş MTN generalı: "Özümü təqsirli bilmirəm"
09-03-2017 12:30 Elmira Süleymanova ombudsmanlıqdan nə vaxt gedir?
09-03-2017 12:13 Makler qadın məhkəmə zalında həbs olunub
09-03-2017 10:00 Ombudsmanın səlahiyyət müddəti başa çatıb - Elmira Süleymanova gedir
07-03-2017 22:16 ANS-in iddiası qismən təmin edilib
07-03-2017 14:51 Həbsdə olan MTN əməkdaşı: "Özümü təqsirli bilmirəm"
07-03-2017 13:47 1800 manat ziyana görə oğruya 8 il həbs cəzası verildi
07-03-2017 12:21 Vəkili təcridxanada Sərdar Hacıhəsənliyə baş çəkib
07-03-2017 12:17 Rüfət Səfərov yenidən cərimə kamerasına salınıb
06-03-2017 14:57 AXCP fəalına ittihamlar ağırlaşdırılıb
06-03-2017 14:33 İstirahət günləri 7 nəfər yol qəzalarında ölüb
06-03-2017 12:50 Qubada qanunla qadağan edilən dini təriqətin üzvləri saxlanılıb
06-03-2017 10:41 Yüksək vəzifəli DİN kadrı yeni vəzifəyə gətirildi
04-03-2017 13:31 Qarabağda fəaliyyət göstərən şirkətlər qanun qarşısında cavab verəcəklər
04-03-2017 12:21 "Azərbaycanda həbs olunan 7 nəfərdən biri narkotikdə ittiham edilir"
04-03-2017 10:46 Azərbaycanda məhkəmə hakimi dünyasını dəyişib
03-03-2017 22:27 Elçin İsmayıllının barəsində istintaq “Gülən işi” çərçivəsində olacaq
03-03-2017 22:10 Mehman Hüseynov Şüvəlana aparıldı
03-03-2017 16:59 Fətullah Gülənin 38 tərəfdarına ömürlük həbs cəzası
03-03-2017 12:49 Mehman Hüseynov məhkəmə zalında HƏBS EDİLDİ
02-03-2017 16:26 Azərbaycanda şəxslərin dövlət sərhədindən buraxılma qaydası dəyişir
02-03-2017 14:12 Gürcü telejurnalist Azərbaycan xalqından üzr istəyib
02-03-2017 12:22 AXCP üzvünün həbs müddəti azaldıldı
02-03-2017 11:29 İtirilmiş sənədlərin tapılması üzrə yeni xidmət istifadəyə verilib
02-03-2017 09:52 Bu gün Əfv Komissiyası yenidən toplanır
02-03-2017 09:46 İnternet medianın tənzimlənməsi üçün yeni qaydalar tətbiq olunacaq
01-03-2017 21:46 Əli İnsanovun həbs müddəti uzadılıb
01-03-2017 21:30 Prokurorluq və DİN Bakıda törədilən qətllə bağlı birgə məlumat yayıb
01-03-2017 09:26 Baş Prokurorluq media orqanına xəbərdarlıq edib
28-02-2017 16:35 Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib
27-02-2017 15:03 "Məktəb binaları tədris üçün yararsız, bəziləri qəzalı vəziyyətdədir"

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

Magistratura və rezidenturaya sənəd qəbulu başa çatır
27-03-2017 10:12
Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI
27-03-2017 10:56
Bakının ən ucuz və baha taksi xidmətləri - SİYAHI - FOTO
27-03-2017 12:09
Alimlər sübut etdi: Yumurta toyuqdan sonra yaranıb
27-03-2017 11:15
Kadırov Suriyada döyüşən çeçen döyüşçüləri mükafatlandırdı - VİDEO
27-03-2017 10:52
Yoxa çıxan eşşəklər dönərxanalardadır? - RƏSMİ AÇIQLAMA
27-03-2017 10:34
Rusiya surəti saatda 7.4 min km olan səsdənsürətli raket hazırlayır-VİDEO
27-03-2017 12:02
Dollar bu gün neçəyə satılır?
27-03-2017 09:22
BƏƏ polisi "Ginnesin Rekordlar Kitabı"na düşüb - VİDEO
27-03-2017 11:45
Bakının nəqliyyat sistemində ciddi dəyişiklik - Diqqətli olun!
27-03-2017 12:30
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az