Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

22 Noyabr

2016
15:33
1342
"Məni "Zeynəb-Zeynəb" rövzəsinin müşayiəti ilə dəfn edin..."
Azan və mərsiyələri ilə insanların qəlbini fəth edən Müəzzinzadə Ərdəbili vəfat edib

Gözəl səsi, nöhvələri, mərsiyyələri və möhtəşəm azanı ilə milyonlarla insanın qəlbini fəth edən Ustad Səlim Müəzzinzadə bu gün səhər 80 yaşında vəfat edib. 

Səlim Müəzzinzadənin atası şeyx Əbdül-Kərim Müəzzinzadə gözəl avazla azan deyənlərdən olub. Onun 2005-ci ildə vəfat edən qardaşı Rəhim Müəzzinzadə də möhtəşəm azanı ilə tanınan şəxsiyyətlərdən idi.

Səlim Müəzzinzadə mərsiyyə və rövzələrinin çoxunu Azərbaycan dilində oxuyub. Onun fars və ərəb dilində də növhə, rövzə və mərsiyyələri var.

O, bir neçə ay öncə səhhəti pisləşən zaman etdiyi vəsiyyətində bildirib ki, “Məni "Zeynəb-Zeynəb" rövzəsinin müşayiəti ilə Məşhəddə, qərib İmam Rzanın (ə) ziyarətgahında dəfn edin.” 

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru