Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

05 Yanvar

2017
17:23
641
`Meyitlərdən intiqam alanlarla danışıqların mənası yoxdur`

FaktXəbər-in məlumatına görə, Qarabağ Azadlıq Təşkilatı (QAT) Azərbaycan əsgəri Çingiz Qurbanovun meyitinin hələ də qaytarılmaması ilə bağlı bəyanat verib. 

Bəyənatda deyilir: 

"Qarabağ Azadlıq Təşkilatı (QAT) ötən ilin son günlərində cəbhə xəttindəki qarşıdurma zamanı həlak olmuş Azərbaycan əsgəri Qurbanov Çingiz Salman oğlunun meyitinə münasibətdə işğalçı Ermənistan rejimi və xəstə erməni cəmiyyətinin vəhşi hərəkətlərini bir daha beynəlxalq birliyin nəzərinə çatdırır. Ermənistan rejimi artıq bir həftədən çoxdur ki, meyiti Azərbaycan tərəfinə qaytarmaqdan imtina edir. Cinayətkar Ermənistan rejimi Xocalı soyqırımı və digər kütləvi qətliamlar zamanı olduğu kimi, bu dəfə də meyiti əcaib vəziyyətə salmış, əcaib vəziyyətə salınmış meyitin fotoşəkillərini kütləvi-informasiya vasitələrində, sosial şəbəkələrdə yaymış, təhqiramiz ifadələr işlətmişlər. Bütün bunlar Ermənistan hakimiyyətinin və cəmiyyətinin həqiqi mahiyyətini bir daha nümayiş etdirir. Onlar Cenevrə konvensiyalarını, bütün beynəlxalq hüquq normalarını, insani qaydaları kobud şəkildə pozur, bəşəri xüsusiyyətlərin onlara aid olmadığını bir daha nümayiş etdirirlər. Onlar hələ də müasir birgəyaşayış qaydalarına, sivil normalara yad olduqlarını göstərir, orta əsrlərin vəhşi cəngəllik “qanunları” ilə yaşayırlar. Bu hadisə bir daha göstərir ki, Ermənistanla sivil danışıqların davam etdirilməsinin, meyitlərdən intiqam alan vəhşi cəmiyyətlə dialoq aparmağın, “sülh platformaları” imzalamağın, təmaslar qurmağın heç bir mənası yoxdur. Torpaqlarımızı bu vəhşilərin əlindən yalnız hərbi yolla alıb azad edə bilərik". 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru